Torpağın sanitar mühafizəsi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Torpağın sanitar mühafizəsi— torpağın çirklənməsinin qarşısının alınmasına yönəldilən qanunverici, təşkilatı və sanitar-texniki tədbirlər sistemi.

Ümumi məlumat

Zibil, peyin, çirklənmiş ərazilər və çirkab suları düzgün zərərsizləşdirilmədikdə çürüyür və torpağa qarışır. Daha sonra torpaqdan istifadə, suvarma və yağıntılar vasitəsilə bu çürüntülər su təchizatı mənbələrinə düşərək mədə-bağırsaq xəstəlikləri törədicilərinin və helmintozların, həmçinin insanheyvanlarda xəstəlik törədiciləri daşıyıcıları olan həşəratların inkişafı üçün mənbə rolunu oynayır. Çirklənmiş torpaqlarda milçəklər, moskitlər, göyün yumurtalarını qoyur, orada gəmiricilər yaşayıb artaraq çuma, tulyaremiya kimi infeksiyanın törədicisi olurlar.

Torpaq tullantıları çox çirkləndikdə öz-özünü təmizləmə qabiliyyətini itirir. Torpaqda çürümə və qıcqırma prosesləri sürətlənir. Torpağın çirklənmə dərəcəsi kimyəvi, bakterioloji və helmintoloji tədqiqatlara əsaslanaraq sanitar-epidemioloji stansiyaların işçiləri tərəfindən müəyyənləşdirilir.[1]

Həmçinin bax

Xarici keçidlər

İstinad

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.