Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, yönləndirilə və ya silinə bilər. |
Torpağın sanitar mühafizəsi— torpağın çirklənməsinin qarşısının alınmasına yönəldilən qanunverici, təşkilatı və sanitar-texniki tədbirlər sistemi.
Zibil, peyin, çirklənmiş ərazilər və çirkab suları düzgün zərərsizləşdirilmədikdə çürüyür və torpağa qarışır. Daha sonra torpaqdan istifadə, suvarma və yağıntılar vasitəsilə bu çürüntülər su təchizatı mənbələrinə düşərək mədə-bağırsaq xəstəlikləri törədicilərinin və helmintozların, həmçinin insan və heyvanlarda xəstəlik törədiciləri daşıyıcıları olan həşəratların inkişafı üçün mənbə rolunu oynayır. Çirklənmiş torpaqlarda milçəklər, moskitlər, göyün yumurtalarını qoyur, orada gəmiricilər yaşayıb artaraq çuma, tulyaremiya kimi infeksiyanın törədicisi olurlar.
Torpaq tullantıları çox çirkləndikdə öz-özünü təmizləmə qabiliyyətini itirir. Torpaqda çürümə və qıcqırma prosesləri sürətlənir. Torpağın çirklənmə dərəcəsi kimyəvi, bakterioloji və helmintoloji tədqiqatlara əsaslanaraq sanitar-epidemioloji stansiyaların işçiləri tərəfindən müəyyənləşdirilir.[1]