Trabzon yürüşü (1505)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Səfəvilərin Trabzon yürüşü
Səfəvi-Osmanlı müharibələri
Çəhəl Sütun Sarayının interyerində Səfəvi-Osmanlı arasındakı bir döyüşü təsvir edən XVII əsrə aid divar rəsmi.
Tarix 1505
Yeri Trabzon
Səbəbi Səfəvi dövləti ilə Osmanlı arasında olan ziddiyətlər
Nəticəsi Osmanlı İmperiyası qalib gəldi.[1][2]
Münaqişə tərəfləri

Osmanlı İmperiyası

Səfəvilər İmperiyası

Komandan(lar)

Şahzadə Səlim

İbrahim Səfəvi

Trabzon yürüşü (1505) — 1501-ci ildə Səfəvi dövləti yaradıldıqdan qısa müddət sonra Qızılbaş ordusunun Anadoluya yürüşləri nəticəsində meydana çıxmış döyüş.[1][3]

Döyüş

Şah İsmayılın qardaşı İbrahim bir qədər qoşunla Anadoluya yağma məqsədilə yürüşə çıxmış və bu əsnada bir sıra Osmanlı mülklərini yağmalamışdır.[1] Buna cavab olaraq Trabzon valisi olan şahzadə Səlim öz ordusu ilə cavab tədbirləri görmüş və nəticədə Səfəvi ordusu məğlub olmuş, geri çəkilmişdir.[1] Bunun ardınca Səlim bir qrup döyüşçünü Səfəvilərin qərb sərhədləri boyunca yağma yürüşü etmək tapşırığı ilə göndərmişdir.[1] Bundan sonra Şah İsmayıl öz elçi heyətini Səlimin etdiklərindən şikayət etmək üçün Osmanlı sultanı II Bəyazidin yanına göndərmişdir. Həmçinin elçi heyətinin tapşırıqlarından biri silah-sursatın geri qaytarılması idi.[1] II Bəyazid silah-sursatı geri qaytarmasa da, cavab olaraq bahalı hədiyyələrlə birlikdəelçi heyəti göndərmiş və dostluq sözü vermişdir.[1]

Hələ şahzadə olarkən Səlim 1505-ci il döyüşündən əlavə, 1507 və 1510-cu illərdə də döyüşmüşdür.[2][4][5]

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 4 5 6 7 God's Shadow: The Ottoman Sultan Who Shaped the Modern World Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine. By Alan Mikhail.
  2. 1 2 The Last Muslim Conquest: The Ottoman Empire and Its Wars in Europe Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine. Gábor Ágoston. Princeton University Press.
  3. Ottoman-Safavid Relations under Bayezid II (1501-1512) Arxivləşdirilib 2022-05-19 at the Wayback Machine, 2020. F. Papadimitriou.
  4. Osman's Dream Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine. Caroline Finkel. Hachette UK
  5. Osman's Dream Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine. Caroline Finkel. Hachette UK.