Çəhəl Sütun[4] (fars. چهل ستون "qırx sütun") — II Şah Abbasın hakimiyyəti dövründə İsfahanda inşa olunan saray. Saray adını ("qırx sütun") giriş hissəsini dəstəkləyən iyirmi taxta sütundan götürür; girişin önündəki hovuzun suyunda əks olunan sütunlar qırx sütun kimi göründüyü deyilir. Avstriyalı sənət tarixçisi Ebba Koç Çəhəl Sütun adlı saraylarla bağlı məqaləsində Səfəvi, Moğol və Teymuri memarlıq mədəniyyətində qəbul zallarının adətən Çəhəl Sütun olaraq adlandığını bildirir. Moğol hökmdarı Cahan şahın Dehlidə, Şah Təhmasibinin isə Qəzvində tikdiriyi Çəhəl Sütun sarayları buna nümunədir. Yazara görə bu tip saraylar regionda bəhs edilən dövrdə ərəb olmayan xanədanlıqların saray memarlığının ən çox rast gəlinən örnəkləridir. O yazır:" Şübhəsiz ki, bu adlandırma sütunların sayı ilə birbaşa bağlı olmamaqla yanaşı daha çox sütunların çoxluğuna işarədir. Çünki nə Qəzvində nə Dehlidə nə də İsfahandakı sarayların heç birinin qırx sütunu yoxdur"[5]
Çəhəl Sütun sarayı | |
---|---|
fars. چهل ستون | |
32°39′26″ şm. e. 51°40′18″ ş. u.HGYO | |
Ölkə | İran |
Şəhər | İsfahan |
Aidiyyatı | Səfəvilər imperiyası |
Tikilmə tarixi | 1647 |
Üslubu | Səfəvi memarlığı, Azəri stili |
Material | kərpic[1][2], daş[d][1][3][…], kaşı[1][3], ağac[1][3][…] |
Vəziyyəti | stabil |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iii,iv,vi |
Təyin edilib | 2011 |
İstinad nöm. | 1372 |
Dövlət | İran |
Region | Asiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bəzi tarixçilər Şah II Abbas tərəfindən bərpa etdirilən bu binanın ilk əvvəl qırx sütun üzərində inşa edildiyini sonradan sarayda yanğın baş verdiyini və nəticədə eyvanın bir hissəsinin yandığını geridə 20 sütunun qaldığı fikrini irəli sürürlər. Restavrasiya ustası Lütfullah Honarfar İsfahan memarlığı haqqında yazdığı kitabda bu fikrin yanlış olduğunu vurğulayaraq, bərpa işləri zamanı tapılan yanğın izlərində buna dair sübuta rast gəlinmədiyini qeyd etmişdir. O həmçinin yazır ki, Sultan Hüseyn dövründə edilən bərpalar zamanı bina əvvəlki vəziyyətinə qaytarılmışdır. Şarden də 1666-cı ildə saray barədə verdiyi məlumatlarda sarayın böyük eyvanında 18 qızıl ulduzlu və güzgülü sütundan bəhs edir.[6]
Şah Abbas dövründən Sultan hüseyn dövrünə qədər Səfəvi sarayında yaşayan saray tarixçisi Mirzə Məhəmməd Vahid Qəzvini "Abbasnamə" adlı əsərində sarayda baş verən yanğın haqqında məlumat vermişdir. Mirzə Məhəmmədin yazdıqlarına əsasən Sultan Hüseyn dövründə sarayın bu yanğında zədələnən hissələri bərpa edilərək əvvəlki halına qaytarılmışdır. Sarayın girişindəki kitabədə də 1706-cı ildə edilən restavrasiya işlərindən bəhs olunur.
Şah Abbas Novruz bayramlarını bu sarayda qeyd edirmiş. Onun ardıcılları da bu ənənəni davam etdirmişdilər. [7]
I Şah Abbasın hakimiyyəti illərində onun sifarişi ilə İsfahanda uzun bir küçə inşa edilmişdir . Bu küçə Çaharbağ adlanırdı. Küçənin hər iki tərəfində bağlar salınmışdı. Bağların bitiş nöqtəsi isə Nəqşi Cahan meydanı idi. Çəhəl Sütun sarayı isə bu küçə və meydanın əsas mərkəzi kimi inşa edilmişdi.
Çəhəl Sütun sarayı "Talar" adlanan zal və onun ətrafəndakı otaqlardan ibarətdir. Şah Abbas öz dövründə bu zalı xarici qonaqları qəbul etmək üçün istifadə etmişdir. Zal həm də ziyafət zalı kimi istifadə edildiyini görə digər otaqlardan daha təmtaraqlı və cəlbedicidir.[8]
Cabəri Ənsarinin yazdıqlarına əsasən Səfəvi dövrünə aid İsfahanda yerləşən imarət və binalar Şah Abbas tərəfindən yenidən bərpa etdirilib gözəlləşdirilmişdir. Çəhəl Sütun sarayı da bu binalardan biridir. Daha sonra II Şah Abbas dövründə bu binalara yenidən restavrasiya və əlavələr edilmişdir.
Kərim Pirniya "Sebk Şenasi Memari İran" adlı əsərində Çəhəl Sütundan bəhs edərək yazır[9]:
“Çəhəl Sütun indiyə qədər Səfəvi dövlətindən qalmış ən görkəmli eyvanlardan birinə sahibdir. “ |
Eyni əsərdə müəllif güzgü işləmələri, bəzəklərin rəngarəngliyi, rəngbərəng pəncərələr, hətəmkarı işləmələri və binadakı rəsmlər barədə uzun-uzun məlumat vermişdir. O qeyd edir ki, eyvan sultanın məqamı idi. Yan otaqlar isə Vəzir və digər yüksək vəzifəli şəxslərə verilmişdi. Məşhur şərqşünas, sənət tarixçisi Artur Popun sözlərinə görə Çəhəl Sütun əvvəllər Cahan bağı adlanan içərisində çoxlu köşk və malikanələr olan bir kompleksdir. Bu kompleks 1600-cü ildə I Şah Abbas tərəfindən inşa edilmişdir. Sonradan adı dəyişdirilmiş bu bina İsfahanda yerləşir.[10]
Artur Popun verdiyi bu tarix binanın zalında divardakı suvaq ornamentlərinə işlənilmiş şeirlərdə əbcəd hesabı ilə yazılmışdır.
Caberi Ənsari kitabında binanın memarlığını belə izah edir:
“Çəhəl Sütun 20 sütundan ibarət binadır. Onun 18 sütunu eyvanı daşıyır. Digər ikisi salonun ön hissəsində yerləşir. Bu sütunlu eyvan binanın şəqindədir və uzunluğu 38 m, eni 17 m, hündürlüyü isə 14 m-dir. Sütunların konstruksiyası silindirik və çoxbucaqlıdır. Dördüncü sütunun əsası daşdandır. Bu hissə şahın qonaqları üçün ayrılmışdır.” |
Eyvanın ətrafındakı 2 otaq Şah Abbas dövründə tikilmişdir. Bu otaqlardakı rəsmlər gips üzərində işlənib və Rza Abbasi üslubunu daşıyır. Üçüncü eyvanın ölçüləri 7x5,5 metrdir və bura Şahnəşindir (şahın oturacağı). Döşəməsi və Ortostat (divarlarda daş döşəmə) mərmər daşı ilə döşənmişdir. Bu ortostatlar naxışlıdır. Tavan tam güzgü örütülmüşdür. Eyvanın hər iki tərəfində taxçaların içərisinə dörd portret şəkli çəkilmişdir. Bu rəsmlərdən ikisi Avropa üslubunda və yağlı boya texnikası ilə digər ikisi Səfəvi üslubu ilə çəkilmişdir. Bundan əlavə 2 lövhə üzərində Şəmsəddin Bin Molla Məhəmməd Seyyid Ceylani tərəfindən Qurandan ayələr yazılmışdır.
Binanın qərbində yerləşən eyvanda Səfəvi üslubu ilə çəkilmiş rəsmlər hələ də qalmaqdadır. Bu eyvanın bəzi rəsmlərində Rza Abbasinin üslubu diqqət çəkir. Şahnişinin iki tərəfində yəni şimal və cənubunda Şah Abbasa aid 2 otaq var. Şimaldakı otaqda 12 ədəd rəsm əsəri vardır ki, bunlardan birində ziyafət süfrəsində tacı ilə Şah təsvir edilmişdir. Bu rəsm İsfahan üslubundadır. Cənub otağındakı rəsmlərin çoxu Səfəvi üslubundadır. Bunlardan sadəcə 1-i Hind üslubu ilə rəsm edilmişdir. Bir digər rəsm isə Yusif Peyğəmbərlə Züleyxa haqqındadır. Onun qarşısında yerləşən taxçalar içindəki rəsm Xosrov və Şirin təsviridir.
Çəhəl Sütunun əhəmiyyətli salonlarından biri 22 m uzunluğunda, 11 m enində, 21 m hündürlüyündədir. Salonun 3 qübbəsi var. Bu qübbələr tromplar vasitəsilə dəstəklənir. Trompların ətrafındakı naxışlar xüsusilə diqqətəlayiqdir. Salonun ətrafında ortostat üzərində 24 ədəd rəsm əsəri var. Bunlardan bəziləri Şah Abbas dövründə rəsm edilmişdir. Salondakı 6 böyük rəsm müxtəlif üslublarda çəkilmişdir.
Ümumiyyətlə, bu binadakı rəsmləri aşağıdakı kimi bölmək olar:
Bu rəsm əsərlərini üslublarına görə isə 3 yerə bölə bilərik:
Böyük salonun divarlarındakı 6 rəsm aşağıdakılardır:
Çəhəl Sütun sarayının rəsmlərinin çoxu imzasız olduğundan onların kim tərəfindən çəkildiyini təyin etmək çətindir. Buna baxmayaraq, rəsmlərin tərz və üslubları rəssamlarını təxmin etməkdə köməklik göstərir. Bundan başqa, Məhəmməd Zaman və Əliqulu Cabbadarın rəsmlərindəki üslubu da Avropa rəssamlarının əl işlərinə bənzəyir. Səfəvi rəssamlığında realizm və ya realizmə bənzəyən görüntü Avropa sənət dünyasında İntibah dövründən başlamışdır. Bu üslubda rəssamlıq Səfəvilərin son illərində geniş yayılmış və Qacarlar dövründə daha da inkişaf etmişdir.
Çəhəl Sütun sarayında əcnəbi rəssamların çəkdiyi divar rəsmlərindəki bəzəklərin özünəməxsus cəhətləri var. Ən səciyyəvi cəhətləri bir-birinə uyğun gələn parlaq və təzadlı rənglərin istifadəsi, perspektivin olmaması, şəkildəki məsafə və yaxınlığın şəkil planına uyğun tənzimlənməsidir. Şəklin bütün istiqamətlərində işıq eynidir. Şəkillərdəki insan fiqurları qara xətlərlə çəkilib. Şəkillərdəki fiqurların mövqeləri, geyimlərdəki naxış dəyişikliyi, təbiətdən götürülmüş formalar (ağac və dağ və s.), əşyalar, memarlıq üslubları və fiqurların yerli və ya xarici olması aydın və gözəl şəkildə təsvir edilmişdir.[11]
Çəhəl Sütunun divar rəsmlərinin estetikasına diqqət yetirsək görərik ki, bu rəsmlərdə vizuallığın əks etdiriyi gözəllikləm yanaşı inanclar, itaətkarlar və düşüncələr də ön plandadır. Rənglərin istifadəsindəki zəriflik və çeviklik diqqət cəlbedicidir. Bu, Şah Abbas və ondan sonrakı dövrlərdə İsfahanda sənətçilərə verilən önəm və qayğıdan irəli gəlirdi. Şah Abbasın sənətkara olan münasibəti onların təxəyyüllərinin inkişafına şərait yaratmışdı. Səfəvi dövrü divar rəsmlərində əlvan, tünd-göy (Lapis-Lazo) və qızılı sarı rənglər geniş istifadə olunurdu. Bu rənglər təsvirin alt fonun istfadə edilən əsas rənglər idi.