Triseratops

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Triseratops
Elmi təsnifat
Beynəlxalq elmi adı

Triseratops (lat. Triceratops) — heyvanlar aləminin xordalılar tipinin quşçanaqlılar dəstəsinin seratopsidlər fəsiləsinə aid heyvan cinsi.

Son Təbaşır dövründə yaşamış buynuzlu dinozavrlar yarımdəstəsindən qazıntı halda tapılmış sürünən heyvan cinsi. Uzunluğu 6 metrədək, başında 3 buynuz (qısa burun və iki uzun alın buynuzu) olmuşdur. 4 nəhəng ayaq üzərində hərəkət etmişdir. Ot bitkiləri ilə qidalanmışdır. Qalıqları Şimali Amerika çöküntülərindən məlumdur.

Təsvir

Triceratopsun yerdən olan hündürlüyü 2,5–3metr, uzunluğu başından quyruğuna qədər 9–10,5metr, çəkisi 6,1–12 ton olmuşdur. Bütün dinozavr növləri arasında ən böyük kəllə strukturuna malik olmuşlar. Kəllənin uzunluğu bəzi hallarda heyvanın bədənin uzunluğunun 1/3 qədər ola bilirdi və uzunluğu 2,5 metrə çatırdı. Əlavə olaraq başda yerləşən və uzunluğu 1 metrə qədər olan buynuzlara malik olmuşdur. Bütün dinozavrlar arasında ən güclülərdən biri sayılır. Həmçinin, başqa dinozarvlardan fərqli olaraq Triceratopsun bədəni üzərində tükə bənzər strukturlar olmuşdur.

Növləri

İstinadlar

Həmçinin bax