Ornithischia

Quşçanaqlılar (lat. Ornithischia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan dəstəsi.

Quşçanaqlılar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Quşçanaqlılar bitki ilə qidalanan dinozavrlardır; ikişaxəli qasıq sümüklərindən ibarət olan dördşüalı çanaq nahiyəsi və nisbətən inkişaf etmiş qabaq ayaqları olmuşdur. Bəzilərində dişlərinin sayı 1000-ə çatır. Həyat tərzinə görə quşçanaqlı dinozavrlar amfibiotik — quruda və dayaz kontinental su hövzələrində yaşamağa uyğunlaşmış ikiayaqlı, zirehi olmayan (iqvanodontid, ördəkburun), quşayaqlı dinozavrlara və yerüstü dördayaqlı və ikiayaqlı, bədənləri sümük lövhəcik, buynuz törəmələri və buynuzlarla örtülmüş çanaqlılara (steqozavrlar, ankilozavrlar, seritopslar) bölünürlər. Quşçanaqlı dinozavrlar (Gec YuraGec Təbaşir) bataqlıqlı meşələrdə və sahil sularında yayılmışdı. Alt Təbaşir çökmələrində qalıqları tapılan iqvanodontların (İquanodon) bədəninin uzunluğu 5 m-ə çatırdı; dal ayaqları üçbarmaqlı olmuşdur. Bəzi formalarda ətraf barmaqları üzgəc pərdəsi ilə bir-birinə birləşmişdir (Saurolophus). Yura dövründə yaşamış, uzunluğu 6 m-ə çatan steqozavrlar dördayaqlı, kiçik kəlləli heyvanlar idi. Onların bel hissəsində skelet sümüyü ilə əlaqəsi olmayan iki cərgə iri sümük lövhələri, quyruğun üzərində isə sivri sümüklər yerləşirdi (Stegosaurus). Təbaşir dövründən ankilozavrlar və ya çanaqlı dinozavlar məlumdur. Bunlar gödək ayaqlı, üzəri qalın sümük lövhəcikləri və mizraqla örtülmüş enli və yastı bədənli heyvanlar idi. Talaurusun (Talarurus) sümük lövhəciklərlə örtülmüş çanağının uzunluğu 6 m-ə çatır. Sonuncu nümayəndəsi Gec Təbaşir seratopsları və ya buynuzlu dinozavrlardır. Bunlar bədənin 1/3 hissəsini təşkil edən iri kəlləli, boyun nayihəsini mühafizə edən özünəməxsus sümük "yaxalığı" olan çox iri dördayaqlı heyvanlar idi. Buynuzlu dinozavrların fossil halda yumurtaları tapılmışdır. Təbaşir dövrünün sonlarında dinozavrlar təmamilə məhv olmuşdur.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]