Uilyam Baumol

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Uilyam Baumol
ing. William Jack Baumol
Doğum tarixi 26 fevral 1922(1922-02-26)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 4 may 2017(2017-05-04)[2][4] (95 yaşında)
Vəfat yeri
Elm sahələri iqtisadiyyat, əmək bazarı[d][1]
İş yeri
Təhsili
Üzvlüyü
İmza

Uilyam Cek Baumol (26 Fevral, 1922 – 4 May, 2017) – Amerikan iqtisadçı, fəlsəfə doktoru (1949), Prinston UniversitetiNyu-York Universitetinin iqtisadi elmlər üzrə professoru.

Haqqında

Uilyam Cek Baumol 26 fevral 1922-ci ildə Cənubi Bronksda anadan olmuşdur. Onun valideynlərinin hər ikisi — Solomon və Lillian Şərqi Avropa immiqrantları idi.

Baumol Nyu-Yorkda Siti Kollecdə təhsil almışdır və 1942-ci ildə bakalavr dərəcəsi almışdır. Kollecdən sonra o II Dünya Müharibəsində ABŞ ordusunda xidmət etmişdir və daha sonra iqtisadçı kimi Kənd Təsərrüfatı Departamentində işləməyə başlamışdır.

O, Amerika İqtisadi Assosiasiyasının prezidenti (1981), Nyu-York Universiteti nəzdində C. V. Starr Tətbiqi İqtisadiyyat Mərkəzinin direktoru (1983–2000) olmuşdur. Hazırda Berkli Sahibkarlıq və İnnovasiya Mərkəzinin akademik-direktorudur. Mikro və Makroiqtisadi proseslərin riyazi modernləşdirilməsi, rifahın iqtisadiyyatı və s. sahələrdə əsləri var. 1952-ci ildə, sonradan (1956) C. Tobin tərəfindən inkişaf etdirilmiş pula tələb modelini təklif etmişdir. Baumol-Tobin modeli adlanan bu modelə əsasən, əmanətçilər onlara lazım olan nağd pulun məbləğini bu məbləğə görə alınmayan bank faizi şəklində itkilərin və banklara az-az müraciət etmələr müqabilində vaxt qənaətinin dəyərinin optimal nisbətinə görə müəyyən edirlər. Baumol 1967-ci ildə Baumol effektini irəli sürmüşdür.[7]

Əsərləri

  • Экономическая теория и исследование операций. М., 1965
  • Selected Economic Writ tings of William J. Baumol, ed. E. E. Bailey, New-York University Press, 1976.

Həmçinin bax

Baumol effekti

İstinadlar

  1. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 William J. Baumol // Solomon Quqqenhaym muzeyi. 1937.
  3. William Jack Baumol // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  4. Brozović D., Ladan T. William Jack Baumol // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s. ISBN 978-953-6036-31-8
  5. 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.
  6. Deutsche Nationalbibliothek Record #119076209 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  7. "BAUMOL Uilyam Cek — Azərbaycan Milli Ensiklopediyası". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.