Uilyam Cek Baumol (26 Fevral, 1922 – 4 May, 2017) – Amerikan iqtisadçı, fəlsəfə doktoru (1949), Prinston Universiteti və Nyu-York Universitetinin iqtisadi elmlər üzrə professoru.
Uilyam Baumol | |
---|---|
ing. William Jack Baumol | |
Doğum tarixi | 26 fevral 1922[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 may 2017[2][4] (95 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | iqtisadiyyat, əmək bazarı[d][1] |
İş yeri | |
Təhsili | |
Üzvlüyü |
|
Uilyam Cek Baumol 26 fevral 1922-ci ildə Cənubi Bronksda anadan olmuşdur. Onun valideynlərinin hər ikisi — Solomon və Lillian Şərqi Avropa immiqrantları idi.
Baumol Nyu-Yorkda Siti Kollecdə təhsil almışdır və 1942-ci ildə bakalavr dərəcəsi almışdır. Kollecdən sonra o II Dünya Müharibəsində ABŞ ordusunda xidmət etmişdir və daha sonra iqtisadçı kimi Kənd Təsərrüfatı Departamentində işləməyə başlamışdır.
O, Amerika İqtisadi Assosiasiyasının prezidenti (1981), Nyu-York Universiteti nəzdində C. V. Starr Tətbiqi İqtisadiyyat Mərkəzinin direktoru (1983–2000) olmuşdur. Hazırda Berkli Sahibkarlıq və İnnovasiya Mərkəzinin akademik-direktorudur. Mikro və Makroiqtisadi proseslərin riyazi modernləşdirilməsi, rifahın iqtisadiyyatı və s. sahələrdə əsləri var. 1952-ci ildə, sonradan (1956) C. Tobin tərəfindən inkişaf etdirilmiş pula tələb modelini təklif etmişdir. Baumol-Tobin modeli adlanan bu modelə əsasən, əmanətçilər onlara lazım olan nağd pulun məbləğini bu məbləğə görə alınmayan bank faizi şəklində itkilərin və banklara az-az müraciət etmələr müqabilində vaxt qənaətinin dəyərinin optimal nisbətinə görə müəyyən edirlər. Baumol 1967-ci ildə Baumol effektini irəli sürmüşdür.[7]