Vəfa Muradzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vəfa Muradzadə
Vəfa Əlövsət qızı Muradzadə
Doğum tarixi (55 yaş)
Doğum yeri Bakı ş.
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası mexanika-riyaziyyat
Hüquq fakültəsi
Təhsili Bakı Dövlət Universiteti
Azərbaycan Universiteti
Mükafatları "Tərəqqi" medalı

Vəfa Əlövsət qızı Muradzadə (d.19 iyul 1968, Azərbaycan, Bakı ş.) — ATİB-in və ASK-nın üzvü, "İş Qadınlarına Dəstək İctimai Birliyi"nin sədri, ilk Azərbaycan brendi- “Made in Azerbaijan” markası ilə ev tekstili fabrikinin qurucusu[1].

Həyatı

Muradzadə Vəfa Əlövsət qızı 1968-ci il iyulun 19-da Bakı şəhərində anadan olub. Əslən Zərdab rayonunun İsaqbağı kəndindəndir. 1985-ci ildə 7 saylı orta məktəbi bitirib. 1985-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olaraq oranı əla qiymətlərlə bitirib.

2004-cı ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini qırmızı diplomla bitirib[2].

Fəaliyyəti

Vəfa Muradzadə iki il vəkil kimi fəaliyyət göstərib. Bir müddət Azərbaycan Dövlət Pedaqoji Kollecində və xarici şirkətdə işləyib. Hər zaman kənar biznes fəaliyyətilə də məşğul olub.

2006-cı ildə ilk Azərbaycan brendi- “Made in Azerbaijan” markası ilə ev tekstili fabriki yaradıb. Cənab Prezident İlham Əliyev həmyerlimizin sərgilərində iştirak edib. Vəfa Muradzadə 13 ildir ki, bütün işgüzar sərgilərdə və səfərlərdə iştirak edir. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı Vəfa Muradzadə Rusiyanın böyük bir Holdinqi ilə memorandum imzalayıb. Daha sonra Qətər dövlətində sərgisi keçirilib.

2018-ci ildə öncə Azərbaycan-Türkiyə İş Qadınları Birliyi, daha sonra dünya iş qadınlarının qatıldığı "İş Qadınlarına Dəstək İctimai Birliyi"ni yaradıb. Bu birliyin həm qurucu-təsisçisi, həm də sədridir. ATİB-in, ASK-nın üzvüdür[1].

Mükafatları

  • 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub[3].
  • Fransanın Kann festivalında Dünyanın 16 iş adamı ilə bərabər “Biznes Qələbəsi” kubokuna layiq görülüb[1].

İstinadlar

  1. 1 2 3 "Öz brendini yaradan sahibkar qadın". 2020-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-11.
  2. "Vəfa Collection". 2019-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-11.
  3. “Tərəqqi” medalı ilə təltif olundu