Vahid Qazi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vahid Qazi
Doğum tarixi (56 yaş)
Doğum yeri Ağdam, Azərbaycan
Vətəndaşlığı Azərbaycan
Təhsili
Fəaliyyəti yazıçı, publisist, bloger[d], jurnalist, redaktor
vahidqazi.com

Vahid Qazi (tam adı: Qazi Vahid Pərviz oğlu; 22 mart 1968, Ağdam) — Azərbaycanlı yazıçı, publisist, bloger.

Həyatı

Vahid Qazi 22 mart 1968-ci ildə Ağdam şəhərində anadan olub.

Ağdam şəhəri 1 saylı orta məktəbində oxuyub.

1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1992-ci ildə oranı bitirib.

1986–1988-ci illərdə Sovet ordusunda xidmət edib.

Azərbaycanİsveç Yazıçılar Birliyinin üzvüdür. Əsərləri rus, ingilis, isveç, ukrayna, latış, polyak, türk dillərinə çevrilib.

Bir çox ölkədə keçirilən konfranslarda iştirakçı olub, demokratiya problemləri mövzusunda çıxışlar edib. Keçmiş kommunist ölkələrində demokratik mübarizələrə beynəlxalq dəstək layihələrində fəallıq göstərib. Azərbaycanın şəhər və kəndlərində vətəndaş cəmiyyətinin gəlişməsi üçün minlərlə insanı əhatə edən layihələrdə təşkilatçılıq edib.

2012-ci ildən İsveçdə yaşayır.

Fəaliyyəti

1990–1992-ci illərdə "Ədalət" qəzetində müxbir işləyib.

1992-ci ilin avqustundan 1993-cü ilin martınadək "Azərbaycan" qəzetində xüsusi müxbir olub.

1993-cü ilin 18 martından həmin ilin 23 iyulunadək – Ağdamın işğal gününədək Azərbaycan Respublikası Prezidentinin Aparatında dövlət müşavirinin böyük inspektoru vəzifəsində işləyib.

1993–1995-ci illərdə Müsavat partiyasının mətbuat xidmətində çalışıb.

1995–2012-ci illərdə "İnam" Plüralizm Mərkəzinin sədri olub.

2002–2012-ci illərdə "III Sektor", "Svobodnaya volya", "Toplum" jurnallarına redaktorluq eləyib.

Kitabları

İstinadlar

  1. İsveç dilində Azərbaycan romanı Arxivləşdirilib 2018-04-12 at the Wayback Machine. qafqazinfo.az, 09.04.2018  (az.)

Web: https://vahidqazi.wordpress.com/

Xarici keçidlər