Vaqif Behbudov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vaqif Behbudov
Doğum tarixi (85 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
Fəaliyyəti rejissor
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000 Azərbaycan SSR Dövlət mükafatı — 1990

Vaqif Qulam oğlu Behbudov (3 noyabr 1938, Bakı) — Azərbaycan rejissoru, operator, ssenari müəllifi, Azərbaycan Respublikasının xalq artisti (2000)[1], Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006).

Həyatı

Vaqif Qulam oğlu Behbudov 1961-ci ildə Sank-Peterburq Dövlət Kino və Televiziya Universitetini bitirmişdir. Azərbaycan Televiziyasında cizgi filmləri istehsalının təməlini qoymuşdur. Əvvəlcə kinooperator, daha sonra isə kinorejissor kimi filmlər çəkmişdir.

"Gözlük", "Danışan işıqlar", "Qırmızılar, qaralar və başqaları", "İlham", "Göyçək Fatma", "Ustalar, qızıl əllər", "Yayın bir günündə", "Sağ ol, dostum", "Basatın igidliyi", "Xeyirli nağıl", "Qız qalası", "Qurbanəli bəy", "Qara leylək", "Sehirli çıraq", "Başlanğıc", "Analar və laylalar" adlı cizgi filmlərinin rejissoru və operatoru olmuşdur. V. Behbudov operator olaraq "Üzeyir Hacıbəyov", "Bizim Şamama", "Təsnif", "Şövkət Ələkbərova" və s. sənədli filmlərin hazırlanmasında işləmişdir. Rejissor kimi "Nailə", "Kamil", "Özümlə heç nə aparmayacağam"(Əzizə Cəfərzadə), "Əbədi zirvə", "Müslüm Maqomayev −55", "Mənlə mən arasında", "Azərbaycan Respublikasının Təhlükəsizlik orqanları", "Sənsiz", "Bakı-SOS uşaq kəndi", "Bağlı qapı" (Akademik Əziz Əliyev), "Sənsiz" (Akademik Zərifə Əliyeva), "Kərpickəsən kişi", "İlmələrdə yaşayan həyat" (rəssam Kamil Əliyev), "Sirli salnamələr", "Girdiman", "Yeraltı şəhərin izi ilə", "Lahıc", "Azərtac-85" sənədli filmlərini çəkmişdir. Müəllifi olduğu cizgi filmlərindən altısı Beynəlxalq Televiziya Filmləri Festivalında Priz və Mükafatlara layiq görülmüşdür.

Dövlət və "Humay" Mükafatları Laureatı, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində Operatorlar qrupunun rəhbəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. Hamısı birlikdə 45 illik iş stajına malikdir.

Filmoqrafiya

İstinadlar

  1. "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.

Mənbə

  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.