Vayots Dzor mərzi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vayots Dzor mərzi
Gerb
Gerb

39°45′ şm. e. 45°30′ ş. u.


Ölkə
İnzibati mərkəz Keşişkənd
Tarixi və coğrafiyası
Yaradılıb 1995
Sahəsi
  • 2.308 km²
Əhalisi
Əhalisi
  • 49.000 nəf. (2019)[1]
Rəqəmsal identifikatorlar
ISO kodu AM-VD
Poçt indeksi 3601–3810
Rəsmi sayt
Vayots Dzor mərzi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vayots dzor mərzi (erm. e.ə. Վայոց ձորի մարզ, l.ə. Vayots dzori marz) — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Yeğeqnadzor şəhəridir.

Mərz ölkənin cənub-şərqində keçmiş YeğeqnadzorƏzizbəyov rayonları, tarixi Dərələyəz mahalı ərazisində yerləşir. Qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər rayonu, şimaldan Kəvər, şimal-qərbdən Ararat, cənubdan Sünik mərzləri ilə əhatələnmişdir.

Ümumi məlumat

border=none Əsas məqalə: Dərələyəz mahalı

7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qərarı ilə YeğeqnacorVayk rayonları ləğv edilərək onların hesabına Vayots dzor mərzi yaradılmışdır.[2]

Ümumi sahəsi 2,308 km² olan mərz şimaldan Basarkeçər yaylası, qərbdən Zəngəzur silsiləsi, cənubdan Ələyəz dağları, şərqdən isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. 2011-ci ilin göstəricilərinə görə mərzin əhalisi 52,324 nəfər olmaqla sıxlığı 23/km²-dir.

Yaşayış məntəqələri

44 yaşayış məntəqəsindən ibarət olan Vayots dzor mərzində bu məntəqələrdən 3-ü şəhər, 41-i isə kənddir.[3]

Şəkil Şəhər (qəsəbə) Mərz Salınıb Sahəsi (km2) Əhalisi (2011 göst.)
Cermuk Vayots dzor 13-cü yüzillik 5 5,200
Vayk Vayoc dzor ? 3 5,900
Yeğeqnadzor Vayots dzor 5-ci yüzillik 6 8,200

Həmçinin bax

İstinadlar

  1. https://armstat.am/file/Map/MARZ_10.pdf.
  2. Национальное Собрания Республики Армения: Закон Республики Армения «Об административно-территориальном делении Республики Армения». Принят 07.11.1995. Подписан Президентом Республики Армения Л. Тер-Петросяном 04 декабря 1995 года, гор. Ереван С-062-1.-ЗР-18 Arxivləşdirilib 2015-07-15 at the Wayback Machine
  3. "RA Vayots Dzor Marz" (PDF). Marzes of the Republic of Armenia in Figures, 2002–2006. National Statistical Service of the Republic of Armenia. 2007. 2022-01-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-05-31.