Veniamin Mayorov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Veniamin Mayorov
rus. Вениамин Степанович Майоров
bayraq
Azərbaycan Respublikasının mənzil-kommunal təsərrüfatı naziri
bayraq2
5 fevral 1991 – 26 noyabr 1992
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıSücəddin Abdullayev
bayraq
Azərbaycan SSR mənzil-kommunal təsərrüfatı naziri
bayraq2
27 mart 1980 – 5 fevral 1991
ƏvvəlkiƏli Topçiyev
Sonrakıvəzifənin adı dəyişdirilib
bayraq
Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini
bayraq2
1969 – 1980
SədrRamazan Abdullayev
Aydın Məmmədov
bayraq
Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədrinin müavini
bayraq2
1965 – 1969
SədrƏli Kərimov
bayraq
Azərbaycan Partiya-Dövlət Nəzarəti Komissiyası sədrinin müavini
bayraq2
1963 – 1965
SədrƏli Kərimov
bayraq
Lenin Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1961 – 1963
Şəxsi məlumatlar
Doğum tarixi 16 sentyabr 1930(1930-09-16) (93 yaş)
Doğum yeri
Partiya
Təhsili

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şöhrət" ordeni

Veniamin Stepanoviç Mayorov (rus. Вениамин Степанович Майоров; 16 sentyabr 1930, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycanın mənzil-kommunal təsərrüfatı naziri (1980–1992), Azərbaycan SSR Ali Sovetinin VI–XI çağırış deputatı.

Həyatı

Veniamin Stepanoviç Mayorov 16 sentyabr 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, buranı dağ-mədən mühəndisliyi ixtisası üzrə başa vurmuşdur. Əmək fəaliyyətinə 1953-cü ildə "Leninneft" neft-qazçıxarma idarəsinin 11 saylı mədənində neftçıxarma operatoru kimi başlamışdır. Sonrakı illərdə neftçıxarma üzrə usta köməkçisi, ərazi müdiri, böyük mühəndis, sahə müdiri vəzifələrində çalışmışdır.[1]

Veniamin Mayorov 1961-ci ildə Lenin Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmiş, 1963-cü ildə Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komissiyasının sədrinin müavini (1965-ci ildən Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi sədrinin müavini) təyin edilmiş və bu vəzifədə 1969-cu ilədək çalışmışdır. 1969–1980-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti (1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti) İcraiyyə Komitəsi sədrinin birinci müavini olmuşdur.[2]

1980-ci ildə Veniamin Mayorov Azərbaycan SSR mənzil-kommunal təsərrüfatı naziri təyin edilmiş və bu vəzifədə 1992-ci ilədək çalışmışdır. Azərbaycanda Rus İcması yaranandan (1993-cü ildən) burada sədr müavini, paralel olaraq 1997-ci ildən Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru vəzifəsində çalışmışdır.[3]

Veniamin Mayorov 1959-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, altı çağırış (6–11-ci çağırış) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi üzvlüyünə namizəd, Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur.[2] "Qırmızı əmək bayrağı" ordeni, SSRİ medalları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmişdir.[3] 23 dekabr 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə[4] layiq görülmüş, 15 sentyabr 2020-ci ildə isə "Şöhrət" ordeni ilə mükafatlandırılmışdır.[5]

İstinadlar

  1. "Майорову Вениамину Степановичу - 90!". novoye-vremya.com (rus). 2020-09-15. 2023-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-27.
  2. 1 2 Мајоров Вениамин Степанович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 233.
  3. 1 2 Георгий Заплетин; Гюльнара Ширин-заде. Русские в истории Азербайджана (rus). Баку: Ганун. 2008. səh. 228–230.
  4. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 23 dekabr 2004. 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-27.
  5. "V.S.Mayorovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 15 sentyabr 2020. 2023-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-27.