Xalkantit

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xalkantit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
CuSO₄·5H₂O
Xüsusiyyətləri
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xalkantit (mis kuporosu) – Cu [SO4]· 5H2O - Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.

Növ müxtəliflikləri

Maqneziumlu sinkkupro- və ferroxalkantitlər.

Xassələri

Rəng – tünd-mavi, göyümtül, yaşılımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,12-2,30; Sərtlik – 2-2,5; Ayrılma – {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – suda asan həll olur; Morfologiya – kristallar: nadir rast gəlir; lövhəvari, qısaprizmatik; Mineral aqreqatları: qabıqlar, stalaktitlər, dənəvər, böyrək- və tozvari kütlələr.

Xalkantit, Katsdağ yatağı, Balakən rayonu

Mənşəyi və yayılması

Ekzogen mənşəlidir. Mis minerallarının və misli mineralların oksidləşmə məhsuludur. Adətən yataqların oksidləşmə zonalarının üst hissəsində rast gəlir. Suda tez həll olduğundan yalnız quraqlıq şəraitlərdə yaxşı mühafizə olunub qalır. Xalkantitin sənaye əhəmiyyətli iri yığınları yalnız Çukikamata yatağında (Çili) qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: antlerit, broşantit, xalkopirit, melanterit və s. Mineralın tapıldığı yerlər: Çukikamata (Çili); Nevada ştatı (ABŞ); Rio-Tinto (İspaniya); Rammelsberq (Almaniya) və b. Azərbaycanda mineralın iri stalaktitləri Filizçay yatağının köhnə dağ-mədən qazımalarında tapılmışdır. Xalkantit Gədəbəy, Katsdağ, Daşkəsən və Çıraqdərə yataqlarının oksidləşmə zonalarında da qeyd edilmişdir.

Tətbiqi

İkinci dərəcəli Cu filizidir; başqa mis mineralları ilə birlikdə mis və onun birləşmələrini almaq üçün istifadə edilir.

İstinadlar

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər