Yapon birgözü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yapon birgözü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yapon birgözü (lat. Ligustrum japonicum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni Yaponiya, Koreya və Çindir.

Botaniki təsviri

Hündürlüyü 3–5 m olan həmişəyaşıl koldur. Yarpaqları 5-10 sm uzunluqda olub, üzbəüz düzülüşlü, dərili, enli yumurtavari və küt ucludur. Çiçəkləri ağ rəngdə olub, ətirli və süpürgəvari çiçək qrupuna yığılmışdır. Çiçək oxunun uzunluğu 5-15 sm-ə çatır. Çiçəkləməsi may ayında müşahidə edilir. Meyvələrin diametri 5–6 mm olan, qara rəngli, zəhərli giləmeyvədir. Toxumları oktyabr ayında tam yetişir və yetişmiş toxumları uzun müddət bitkinin üzərində qalır. Toxum və qələmlə asanlıqla çoxaldılır.

Ekologiyası

Quraqlığa və şaxtaya davamlıdır. Zərərvericilərlə az yoluxur. Bitkini budamaqla müxtəlif forma vermək olar.

Azərbaycanda yayılması

Bakı, Gəncədə və s. rayonlarda park və bağlarda rast gəlinir.

İstifadəsi

Azərbaycanın bütün bölgələrində bu bitkidən yaşıllaşdırma məqsədilə istifadə edilir.

İstinadlar

Həmçinin bax