Zomin Milli Parkı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zomin Milli Parkı
Yaradılma tarixi 1926
Yerləşməsi
39°36′47″ şm. e. 68°30′04″ ş. u.
Ölkə
Zomin Milli Parkı xəritədə
Zomin Milli Parkı
Zomin Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zomin Milli Parkı - 8 sentyabr 1976-cı ildə açılıb. Əsası isə 1926-cı ildə qoyulub. Türküstan silsiləsinin qərbində yerləşir. Cənubdan Tacikistanla həmsərhəddir. Cizak şəhərindən 55 km aralı yerləşib. 2008-ci ildə ümumdünya irsi siyahısına namizəd kimi düşmüşdür.[1] Nadir dağ ardıc ekosistemlərinin qorunması, bərpası və yenidən qurulması məqsədilə Cizak vilayətində yaradılıb. 24110 hektar ərazini əhatə edir, bunlardan: meşə ərazisi - 16783 hektar, meşə olmayan 7327 hektar, meşə ilə örtülmüş - 12130 hektar. Parkın ərazisi iki zonaya bölünür - rekreasiya və zolaq. Geobotanik rayonlaşmaya görə ardıc meşələrinin iki zonası mövcuddur: termofilik və mikrotermofilik ardıclar. Ardıc meşələri təmsil olunur: aşağı dağ zonasınının zərəfşan ardıclığı (dəniz səviyyəsindən yüksəklik: 1700-2300 metr); orta dağ zonasında (2300-2500m) yarımkürə ardıc; Türküstanın alp zonası (2500-3300 m).[2] Ərazinin ən yüksək zirvəsi Turalas dağıdır (3560 m).

Orta illik yağıntının miqdarı 400 mm-dən çoxdur. İqlimi kəskin kontinental, yayda maksimum temperatur 33 °, qışda isə -35-38 ° C olur.

Heyvanların növ müxtəlifliyinə yüzdən çox məməlilər, həmçinin quşlaramfibiyalar daxildir. Məsələn: Sibir dağ keçisi, canavar, daşlıq dələsi, çöl dələsi, dovşan, qunduz. Quşlardan ən çox yayılmışı kəklikdir. Dağlarda ullar (vəhşi hind quşu), göyərçinlər, hind sığırçını geniş yayılıb. Yırtıcı quşlar arasında bunlar var: leşcil ağ kərkəz, ağ baş kərkəz, qara kərkəz, sarlar, şahinlər.

Bundan əlavə, Özbəkistan Respublikasının və YUNESKO-nun Qırmızı Kitabına daxil edilmiş heyvanlar da var: Türküstan vaşağı, Himalay qonur ayısı (və ya Tyan Şan qəhvəyi ayısı), safsar, toğlugötürən, berqut, ütəlgi qızılquş, qara leylək.

Rekreasiya və turizmin istirahət zonası dəniz səviyyəsindən 1200-4025 m yüksəklikdə yerləşir. İl ərzində 4000 nəfərə yaxın insanın istirahət etmək imkanı mövcuddur. Park ərazisində əsas görməli yerlər: 700 yaşlı qoz ağacı, Şar-Şar şəlaləsi, müəalicəvi Şer-Bulaq, Çortanqa kanyonu və s.

İstinadlar

  1.  (ing.) Zaamin Mountains Arxivləşdirilib 2020-08-03 at the Wayback Machine su UNESCO World Heritage Centre
  2. "Zaamin National Park". protectedplanet.net. 2014-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-03.