Cizak – Özbəkistanın şərqində şəhər. Cizak vilayətinin mərkəzi.[1]
şəhər | |
Cizzəx | |
---|---|
ing. Jizzakh | |
40°07′ şm. e. 67°51′ ş. u.HGYO | |
Ölkə | Özbəkistan |
Vilayət | Cizak |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 10-cu əsr |
Sahəsi | 210 km² |
Mərkəzin hündürlüyü | 378 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 148,85 nəfər (2009) |
Sıxlığı | 710 nəf./km² |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (+998) 72 |
Poçt indeksi | 130100-130117 |
Nəqliyyat kodu | 25-29 |
Digər | |
jizzax.uz/uz/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Sanzar çayı sahilində, 460 m hündürlükdə, Böyük Özbəkistan yolu üzərindədir. Nəqliyyat qovşağı. Orta Asiyanın ən qədim ticarət məskənlərindən birinin yerində meydana gəlmişdir.[1]
8-ci əsrdə divarla əhatələnmişdir (dəfələrlə bərpa edilmişdir). Ərəb istilasına dək (8-ci əsr) Ustruşana tarixi vilayətinin iri şəhəri idi. 16-cı əsrdən Buxara xanlığının, sonra Buxara əmirliyinin tərkibində olmuşdur.[1]
Orta əsr qalalarından Bizlərtəpə, Urdatəpə və Qalatəpənin (11–12-ci əsrlər) xarabalıqları, qədim hamamlar (16–17-ci əsrlər), mədrəsə (1860) qalmışdır. Pedaqoji (1974) və politexnik (1992) institutlar; dünyaşünaslıq muzeyi, musiqili-dram teatrı (1950) var.[1]
Vilayətin iri sənaye və mədəniyyət mərkəzidir. Yeyinti (ət kombinatı, süd zavodu), yüngül (trikotaj, tikiş və s.) sənaye, kənd təsərrüfatı, maşınqayırması müəssisələri fəaliyyət göstərir. Polietilen örtüklər, qaz ötürül məsi üçün polietilen borular, tikinti materialları (o cümlədən irriqasiya kanalları üçün üzlük və s.) istehsal edilir. Evtikmə kombinatı; akkumulyator, pambıqtəmizləmə zavodları və s. fəaliyyət göstərir. Şəhərin yaxınlığından Daşkənd–Cizzəx–Buxara qaz kəməri keçir.[1]