Zomin Milli Parkı - 8 sentyabr 1976-cı ildə açılıb. Əsası isə 1926-cı ildə qoyulub. Türküstan silsiləsinin qərbində yerləşir. Cənubdan Tacikistanla həmsərhəddir. Cizak şəhərindən 55 km aralı yerləşib. 2008-ci ildə ümumdünya irsi siyahısına namizəd kimi düşmüşdür.[1] Nadir dağ ardıc ekosistemlərinin qorunması, bərpası və yenidən qurulması məqsədilə Cizak vilayətində yaradılıb. 24110 hektar ərazini əhatə edir, bunlardan: meşə ərazisi - 16783 hektar, meşə olmayan 7327 hektar, meşə ilə örtülmüş - 12130 hektar. Parkın ərazisi iki zonaya bölünür - rekreasiya və zolaq. Geobotanik rayonlaşmaya görə ardıc meşələrinin iki zonası mövcuddur: termofilik və mikrotermofilik ardıclar. Ardıc meşələri təmsil olunur: aşağı dağ zonasınının zərəfşan ardıclığı (dəniz səviyyəsindən yüksəklik: 1700-2300 metr); orta dağ zonasında (2300-2500m) yarımkürə ardıc; Türküstanın alp zonası (2500-3300 m).[2] Ərazinin ən yüksək zirvəsi Turalas dağıdır (3560 m).
Zomin Milli Parkı | |
---|---|
Yaradılma tarixi | 1926 |
Yerləşməsi | |
39°36′47″ şm. e. 68°30′04″ ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Orta illik yağıntının miqdarı 400 mm-dən çoxdur. İqlimi kəskin kontinental, yayda maksimum temperatur 33 °, qışda isə -35-38 ° C olur.
Heyvanların növ müxtəlifliyinə yüzdən çox məməlilər, həmçinin quşlar və amfibiyalar daxildir. Məsələn: Sibir dağ keçisi, canavar, daşlıq dələsi, çöl dələsi, dovşan, qunduz. Quşlardan ən çox yayılmışı kəklikdir. Dağlarda ullar (vəhşi hind quşu), göyərçinlər, hind sığırçını geniş yayılıb. Yırtıcı quşlar arasında bunlar var: leşcil ağ kərkəz, ağ baş kərkəz, qara kərkəz, sarlar, şahinlər.
Bundan əlavə, Özbəkistan Respublikasının və YUNESKO-nun Qırmızı Kitabına daxil edilmiş heyvanlar da var: Türküstan vaşağı, Himalay qonur ayısı (və ya Tyan Şan qəhvəyi ayısı), safsar, toğlugötürən, berqut, ütəlgi qızılquş, qara leylək.
Rekreasiya və turizmin istirahət zonası dəniz səviyyəsindən 1200-4025 m yüksəklikdə yerləşir. İl ərzində 4000 nəfərə yaxın insanın istirahət etmək imkanı mövcuddur. Park ərazisində əsas görməli yerlər: 700 yaşlı qoz ağacı, Şar-Şar şəlaləsi, müəalicəvi Şer-Bulaq, Çortanqa kanyonu və s.