Böyük Moğol imperiyası hökmdarlarının siyahısı
Böyük Moğol İmperiyasının hökmdarlarının siyahısı – Böyük Moğol İmperiyasını idarə etmiş hökmdarların ümumi siyahısı. Böyük Moğol İmperiyasının əsası 1526-cı ildə qoyulmuşdur. Dövlətin ilk hökmdarı Babur şahıdır. Sonuncu hökmdar isə II Bahadır Şah olmuşdur. Böyük Moğol İmperiyası mövcud olduğu 332 il ərzində 19 hökmdar tərəfindən idarə edilmişdir.
Baburilərin mənşəyi haqqında
[redaktə | mənbəni redaktə et]Böyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī)[1] tərəfindən qoyulmuşdur.[2][3][4][5] Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi.[6] Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın[7] qızı Qutluq Nigar xanım idi.[8]
Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş[9][10] monqol[11][12] boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir. Karçar barlaslar barlas boyunun qurucu əcdadlarıdır.[11] Monqolların gizli tarixi XIII əsrdə Ögedey xana yazılmış epik əsərdir. Bu əsərdə göstərilir ki, Karçar barlaslar eyni zamanda Çingiz xanın əcdadı olan əfsanəvi monqol lideri Bodonçirin nəslindən gəlir.[13]
Orta Asiyanın yerli əhaliləri ilə sıx əlaqələrə görə barlaslar arasında İslam dinindən başqa digər dinlərə (Buddizm, Şamanizm) də inananlar yaşayırdı.[12] Bu sıx əlaqələr mədəni cəhətdən bir-birlərindən təsirlənmələrinə və qarışmalarına səbəb olmuşdu. Bu kimi səbəblərdən monqol mənşəli boy olan barlaslar monqol dilindən başqa çağataycanı da (Türk dillərinin uyğur mənşəli bir növü; ərəb və fars dillərindən də təsirlənmiş[14] və çağdaş özbəkcənin[15][16] yaranmasında rol oynamışdı) geniş şəkildə istifadə edirdilər. Baburun ölümündən sonra çağataycanın istifadə olunması getdikcə azalmış və əvəzinə fars dili, daha sonra da urdu dilindən istifadə olunmuşdur.[17]
Siyahı
[redaktə | mənbəni redaktə et]Portret | Hökmdar | Tam adı | Anadan olub | Hakimiyyəti | Ölüb | Qeydlər |
---|---|---|---|---|---|---|
Babur بابر |
Qazi Zahirəddin Məhəmməd Babur ظہیر الدین محمد |
23 fevral 1483 | 30 aprel 1526 – 26 dekabr 1530 | 26 dekabr 1530 (47 yaşında) |
||
Hümayun ہمایوں |
Nəsirəddin Məhəmməd Hümayun نصیر الدین محمد ہمایوں |
17 mart 1508 | 26 dekabr 1530 – 17 may 1540 22 fevral 1555 – 27 yanvar 1556 |
27 yanvar 1556 (47 yaşında) |
| |
Böyük Əkbər اکبر اعظم |
Cəlaləddin Məhəmməd Əkbər جلال الدین محمد اکبر |
14 oktyabr 1542 | 27 yanvar 1556 – 27 oktyabr 1605 | 27 oktyabr 1605 (63 yaşında) |
| |
Cahangir جہانگیر |
Nurəddin Məhəmməd Səlim نور الدین محمد سلیم |
20 sentyabr 1569 | 15 oktyabr 1605 – 8 noyabr 1627 | 8 noyabr 1627 (58 yaşında) |
| |
Cahan şah شاہ جہان اعظم |
Şahabəddin Məhəmməd Xürrəm شہاب الدین محمد خرم |
5 yanvar 1592 | 8 noyabr 1627 – 2 avqust 1658 | 22 yanvar 1666 (74 yaşında) |
| |
Aləmgir عالمگیر |
Əbül Müzəffər Məhiyəddin Məhəmməd Övrəngzeb محی الدین محمداورنگزیب |
4 noyabr 1618 | 31 iyul 1658 – 3 mart 1707 | 3 mart 1707 (88 yaşında) |
| |
Əzəm şah | Əbül Faiz Qütbəddin Məhəmməd Əzəm | 28 iyun 1653 | 14 mart 1707 – 8 iyun 1707 | 8 iyun 1707 (53 yaşında) |
| |
Bahadır şah | Qütbəddin Məhəmməd Müəzzəm | 14 oktyabr 1643 | 19 iyun 1707 – 27 fevral 1712 (4 il, 253 gün) |
27 fevral 1712 (68 yaşında) |
| |
Cahandar şah | Mazuddin Cahandar şah Bahadır | 9 may 1661 | 27 fevral 1712 – 11 fevral 1713 (350 gün) |
12 fevral 1713 (51 yaşında) |
| |
Fərruxsiyar | Əbül Müzəffər Muinuddin Fərruxsiyar | 20 avqust 1685 | 11 yanvar 1713 – 28 fevral 1719 (6 il, 48 gün) |
29 aprel 1719 (33 yaşında) |
| |
Rafi ud-Darajat | Rafi ud-Darajat | 30 noyabr 1699 | 28 fevral 1719 – 6 iyun 1719 (98 gün) |
9 iyun 1719 (19 yaşında) |
| |
II Cahan şah شاه جہان ۲ |
Rafi ud-Daulah | iyun 1696 | 6 iyun 1719 – 19 sentyabr 1719 (105 gün) |
19 sentyabr 1719 (23 yaşında) |
| |
Məhəmməd şah | Nəsirəddin Məhəmməd şah | 17 avqust 1702 | 27 sentyabr 1719 – 26 aprel 1748 (28 il, 212 gün) |
26 aprel 1748 (45 yaşında) |
| |
Əhməd şah | Əhməd şah Bahadır | 23 dekabr 1725 | 26 aprel 1748 – 2 iyun 1754 (6 il, 37 gün) |
1 yanvar 1775 (49 yaşında) |
| |
II Aləmgir şah | Əzizəddin Aləmgir | 6 iyun 1699 | 2 iyun 1754 – 29 noyabr 1759 (5 il, 180 gün) |
29 noyabr 1759 (60 yaşında) |
| |
III Cahan şah | Muhi ül-Millət | 1711 | 10 dekabr 1759 – 10 oktyabr 1760 | 1772 |
| |
II Aləm şah | Əli Gövhər | 25 iyun 1728 | 24 dekabr 1759 – 19 noyabr 1806 (46 il, 330 gün) |
19 noyabr 1806 (78 yaşında) |
| |
II Əkbər şah | Əbu Nəsr Muinuddin Məhəmməd Əkbər şah | 22 aprel 1760 | 19 noyabr 1806 – 28 sentyabr 1837 | 28 sentyabr 1837 (77 yaşında) |
| |
II Bahadır şah | Əbu Zəfər Sirajuddin Məhəmməd Bahadır şah Zəfər | 24 oktyabr 1775 | 28 sentyabr 1837 – 14 sentyabr 1857 (19 il, 351 gün) | 7 noyabr 1862 |
|
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Emperors new names (title) Mirza Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine, the title of Mirza and not Khan or Padishah, which were the titles of the Mongol rulers.
- ↑ Richards, John F. (1995), The Mughal Empire, Arxivləşdirilib 2016-05-29 at the Wayback Machine Cambridge University Press, p. 6, ISBN 978-0-521-56603-2
- ↑ Schimmel, Annemarie (2004), The Empire of the Great Mughals: History, Art and Culture, Reaktion Books Arxivləşdirilib 2013-05-28 at the Wayback Machine, p. 22, ISBN 978-1-86189-185-3
- ↑ Balabanlilar, Lisa (15 January 2012), Imperial Identity in Mughal Empire: Memory and Dynastic Politics in Early Modern Central Asia Arxivləşdirilib 2016-06-10 at the Wayback Machine, I. B. Tauris, p. 2, ISBN 978-1-84885-726-1
- ↑ Bose, Sugata Bose; Ayesha Jalal (2004). Modern South Asia: History Arxivləşdirilib 2019-12-11 at the Wayback Machine, Culture, Political Economy. Routledge. p. 28. ISBN 978-0-203-71253-5.
- ↑ "Mirza Muhammad Haidar". Silk Road Seattle. University of Washington. "On the occasion of the birth of Babar Padishah (the son of Omar Shaikh)"
- ↑ The Babur Nama in Englis, Zahiru'd-din Mubammad Babur Padshah Ghdzt, ANNETTE SUSANNAH BEVERIDGE
- ↑ Lal, Ruby (2005). Domesticity and power in the early Mughal world. Cambridge: Cambridge University Press. p. 69. ISBN 9780521850223.
- ↑ Encyclopædia Britannica, "Timur" Arxivləşdirilib 2023-07-01 at the Wayback Machine, Online Academic Edition, 2007. Quotation: "Timur was a member of the Turkicized Barlas tribe, a Mongol subgroup that had settled in Transoxania (now roughly corresponding to Uzbekistan) after taking part in Genghis Khan's son Chagatai's campaigns in that region. Timur thus grew up in what was known as the Chagatai khanate." …
- ↑ G. R. Garthwaite, "The Persians", Malden, ISBN 978-1-55786-860-2, MA: Blackwell Pub., 2007. (p.148 Arxivləşdirilib 2011-05-19 at the Wayback Machine)
- ↑ Yuxarıda get: 1 2 B. F. Manz, The rise and rule of Tamerlan, Cambridge University Press, Cambridge 1989, p. 28: "… We know definitely that the leading clan of the Barlas tribe traced its origin to Qarchar Barlas, head of one of Chaghadai's regiments … These then were the most prominent members of the Ulus Chaghadai: the old Mongolian tribes — Barlas, Arlat, Soldus and Jalayir …"
- ↑ Yuxarıda get: 1 2 M. S. Asimov & C. E. Bosworth, History of Civilizations of Central Asia, UNESCO Regional Office, 1998, ISBN 92-3-103467-7, p. 320: "… One of his followers was […] Timur of the Barlas tribe. This Mongol tribe had settled […] in the valley of Kashka Darya, intermingling with the Turkish population, adopting their religion (Islam) and gradually giving up its own nomadic ways, like a number of other Mongol tribes in Transoxania …"
- ↑ The Secret History of the Mongols, transl. by I. De Rachewiltz, Chapter I Arxivləşdirilib 2007-02-23 at the Wayback Machine
- ↑ G. Doerfer, "Chaghatay" Arxivləşdirilib 2007-11-18 at the Wayback Machine, in Encyclopædia Iranica
- ↑ Allworth, Edward (1994). Central Asia: 130 Years of Russian Dominance, a Historical Overview. Duke University Press, 72. ISBN 0-8223-1521-1
- ↑ Khayrulla Ismatulla, "Modern literary Uzbek", Bloomington, Indiana University Press. 1995
- ↑ Robert L. Canfield, Robert L. (1991). Turko-Persia in historical perspective, Cambridge University Press, p.20. "The Mughals-Persianized Turks who invaded from Central Asia and claimed descent from both Timur and Genghis – strengthened the Persianate culture of Muslim India".
- ↑ "Mirza Muhammad Haidar". Silk Road Seattle. University of Washington. "On the occasion of the birth of Babar Padishah (the son of Omar Shaikh)"
- ↑ "Arxivlənmiş surət". 2012-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-27.