Nokten dili
Naviqasiyaya keç
Axtarışa keç
Viçi Lhamtes Nokten | |
---|---|
Orijinal adı | Wichí Lhamtés Nocten |
Ölkələr | Argentina, Boliviya |
Regionlar |
Tarixa departamenti Kordilyera de Pirapo |
Danışanların ümumi sayı | 1910 nəfər (1994)[1] |
Təsnifatı | |
Kateqoriya | Cənubi Amerika dilləri |
Dil kodları | |
ISO 639-1 | — |
ISO 639-2 | — |
ISO 639-3 | mtp |
Ethnologue | mtp |
IETF | mtp |
Glottolog | wich1262 |
Viçi Lhamtes Nokten və ya Veenhayek dili — Boliviyada yaşayan Viçi xalqının doğma dili. 1994-cü ilin məlumatına görə Boliviyada danışanlarının sayı cəmi 1.810 nəfər, Argentinada isə cəmi 100 nəfərdir. Boliviyada bu dildən Tarixa departamentində, Pilkomayo çayının cənub-qərbində və Kordilyera de Pirapoda istifadə olunur. Argentinada isə bu dil ölkənin şimal sərhədindən cənuba doğru — Tartaqal şəhərinə qədər olan ərazidə danışılır. Dilin digər adları da mövcuddur: Matako, Boliviya, Matako Nokten, Nokten, Noktenes, Oktenai və Veenhayek. 2009-cu ildə Boliviya konstitusiyasında bu dilin adı Veenhayek kimi çəkilmişdir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Wichí Lhamtés Nocten". Ethnologue (ingilis). 2 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2016.
- ↑ "Wichí Lhamtés Nocten." Arxivləşdirilib 2012-09-04 at the Wayback Machine Ethnologue. İstifadə tarixi: 27 may 2016.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |