Türkiyə–Türkmənistan münasibətləri
Türkiyə–Türkmənistan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
Türkiyə–Türkmənistan münasibətləri — Türkiyə və Türkmənistan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında diplommatik münasibətlər 29 fevral 1992-cü ildə qurulmuşdur[1]. Türkiyə Türkmənistanın müstəqilliyini tanıyan ilk ölkə olmuş və Aşqabadda səfirlik açmışdır[2]. Hər iki ölkənin xalqlarını ortaq dil, din və mədəniyyət birləşdirir. Hər iki ölkə İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı[3] və BMT kimi təşkilatların üzvüdürlər.
Diplomatik misiyalar
[redaktə | vikimətni redaktə et]Türkiyədə Türkmənistanın fövqəladə və səlahiyyətli səfiri fəaliyyət göstərir - İşanqulu Amanlıyev. Türkmənistanda Türkiyə fövqəladə və səlahiyyətli səfir fəaliyyət göstərir - Şevki Mütevellioğlu[4].
Türkmənistan səfirliyi
[redaktə | vikimətni redaktə et]Türkmənistanın Türkiyədəki səfirliyi (Ankara) 1992-ci ildə aşılmışdır. Hal-hazırda səfirliik bu ünvanda yerləşir: Ankara ş. Çankaya, Koza küçəsi, ev.28.
2016-cı ilin fevralından Türkmənistanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri İşanqulu Amanlıyevdir.
Səfirlər
[redaktə | vikimətni redaktə et]Xan Əhmədov (1992—1994)
Nurməhəmməd Xanamov (1994—2002)
Annaqurban Aşirov (2002-)
Nueberdi Amanmıradov (2004—2009)
Məqsəd Dövlətsəhətov (2009—2012)
Ata Sərdarov (2012—2016)
İşanqulu Amanlıyev (2016 — h.h.)
Türkiyə səfirliyi
[redaktə | vikimətni redaktə et]Türkiyənın Türkmənistandakı səfirliyi1992-ci ilin martında açılmışdır (Aşqabad). Hal-hazırda səfirlik bu ünvanda yerləşir: Aşqabad ş, Çevçenko k. ev 9.
2015-ci ilin avqust ayından etibarən Türkiyənin Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Kapucadır.
Səfirlər
[redaktə | vikimətni redaktə et]Səlcuk İncəsu (1992—1995)
Mehmet Yığıt Alpoqan (1995—1998)
Oktay Ozuye (1998—2000)
Mehmet Baxattin Gursöz (2000—2004)
Hakkı Akıl (2005—2008)
Hüseyn Avni Bıçaqlı (2008—2011)
Şevki Mütevellioğlu (2011—2015)
Mustafa Kapuca (2015—h.h)
Əlaqələr
[redaktə | vikimətni redaktə et]Türkiyə 1991-ci ildə dünyada Türkmənistanın dövlət müstəqilliyini tanıyan ilk ölkədir. Türkiyə 1995-ci ildə Türkmənistanın BMT-nin Baş Assambleyasında neytrallıq statusunun alması qərarını dəstəkləmişdir[5].
5 dekabr 2007-ci ildə Türkiyə Prezidenti Abdullah Gül Türkmənistanı ziyarət etmişdir[6].
24-25 mart 2008-ci ildə Qurbanqulu Berdiməhəmmədov Türkiyədə rəsmi səfərdə olmuşdur[7].
11-12 noyabr 2010-cu ildə Türkmənistanda Türkiyə Prezidenti Abdullah Gül rəsmi səfərdə olmuşdur[8].
30 may 2011-ci ildə Abdullah Gül Türkmənbaşı şəhərini işçi səfəri ilə ziyarət edir[9].
9-10 avqust 2012-ci ildə Qurbanqulu Berdiməhəmmədov İstanbul və İzmir şəhərlərində işçi səfərində olmuşdur[10].
29-31 may 2013-cü il tarixlərində Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün Türkmənistana dövlət səfəri olmuşdur[11].
Mədəni əməkdaşlıq
[redaktə | vikimətni redaktə et]Birgə sərgilər[12] və digər tədbirlər həyata keçirirlər.
Türkmənistanda 14 türkmən-türk məktəbi, türk ibtidai məktəbi, «Başkənd» təhsil mərkəzi və Türkmən-Türk Beynəlxalq Universiteti fəaliyyət göstərir.
Bununla yanaşı minlərlə türkmən tələbə[13] Türkiyənin universitetlərində təhsil alır. Türkmənistan vətəndaşlarıTürkiyədə vizasız 30 gün qalma hüququna malikdir[14].
Türkmənistanda 10 mindən çox Türk vətəndaşı yaşayır. Türkiyədə təxminən 500 min türkmən yaşayır[15].
Mənbə
[redaktə | vikimətni redaktə et]- Türkiyə ilə Türkmənistan arasındakı münasibətlər. Türkiyə Xarici İşlər Nazirliyi. Rəsmi saytı: Relations between Turkey and Turkmenistan (ing.)
- Türkmənistanın Türkiyədəki səfirliyi Arxivləşdirilib 2012-06-17 at the Wayback Machine
- Türkiyənin Türkmənistandakı səfirliyi
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Türkmənistanla diplomatik əlaqələr qurmuş dövlətlər
- ↑ "Türkiyə–Türkmənistan münasibətləri". 2013-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-18.
- ↑ "Туркменистан – Турецкая Республика: дорогой долгосрочного партнерства". 2017-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-18.
- ↑ Türkmənistanda akkreditə olunmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların diplomatik missiyaları
- ↑ "I.Svistunova: Türkiyə-Türkmənistan. "İki dövlət bir millət"". 2015-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-19.
- ↑ "В Туркменистан прибывает президент Турции Абдуллах Гюль". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-19.
- ↑ "Президент Туркменистана отбыл с официальным визитом в Турцию". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-19.
- ↑ "В Туркменистан с официальным визитом прибывает президент Турции Абдулла Гюль". 2010-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-19.
- ↑ Вчера турецкий лидер прибыл в Туркменбаши с рабочим визитом
- ↑ "Президент Туркменистана посетит с рабочим визитом Стамбул и Измир". 2012-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-19.
- ↑ "В Ашхабаде состоятся туркмено-турецкие переговоры". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-19.
- ↑ "В Ашхабаде состоялась Международная выставка-ярмарка хлопковой продукции Туркменистана". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-19.
- ↑ ТУРЦИЯ ПОДГОТОВИЛА ЕЩЕ 186 СПЕЦИАЛИСТОВ ДЛЯ ТУРКМЕНИСТАНА
- ↑ "Türkiyədə viza xidməti". 2013-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-19.
- ↑ "На свой страх и риск. Как живут туркменские нелегалы в Турции". 2013-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-19.