Türkiyə–Türkmənistan münasibətləri — Türkiyə və Türkmənistan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında diplommatik münasibətlər 29 fevral 1992-cü ildə qurulmuşdur[1]. Türkiyə Türkmənistanın müstəqilliyini tanıyan ilk ölkə olmuş və Aşqabadda səfirlik açmışdır[2]. Hər iki ölkənin xalqlarını ortaq dil, din və mədəniyyət birləşdirir. Hər iki ölkə İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı[3] və BMT kimi təşkilatların üzvüdürlər.
Türkiyə–Türkmənistan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
Türkiyədə Türkmənistanın fövqəladə və səlahiyyətli səfiri fəaliyyət göstərir - İşanqulu Amanlıyev. Türkmənistanda Türkiyə fövqəladə və səlahiyyətli səfir fəaliyyət göstərir - Şevki Mütevellioğlu[4].
Türkmənistanın Türkiyədəki səfirliyi (Ankara) 1992-ci ildə aşılmışdır. Hal-hazırda səfirliik bu ünvanda yerləşir: Ankara ş. Çankaya, Koza küçəsi, ev.28.
2016-cı ilin fevralından Türkmənistanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri İşanqulu Amanlıyevdir.
Xan Əhmədov (1992—1994)
Nurməhəmməd Xanamov (1994—2002)
Annaqurban Aşirov (2002-)
Nueberdi Amanmıradov (2004—2009)
Məqsəd Dövlətsəhətov (2009—2012)
Ata Sərdarov (2012—2016)
İşanqulu Amanlıyev (2016 — h.h.)
Türkiyənın Türkmənistandakı səfirliyi1992-ci ilin martında açılmışdır (Aşqabad). Hal-hazırda səfirlik bu ünvanda yerləşir: Aşqabad ş, Çevçenko k. ev 9.
2015-ci ilin avqust ayından etibarən Türkiyənin Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Kapucadır.
Səlcuk İncəsu (1992—1995)
Mehmet Yığıt Alpoqan (1995—1998)
Oktay Ozuye (1998—2000)
Mehmet Baxattin Gursöz (2000—2004)
Hakkı Akıl (2005—2008)
Hüseyn Avni Bıçaqlı (2008—2011)
Şevki Mütevellioğlu (2011—2015)
Mustafa Kapuca (2015—h.h)
Türkiyə 1991-ci ildə dünyada Türkmənistanın dövlət müstəqilliyini tanıyan ilk ölkədir. Türkiyə 1995-ci ildə Türkmənistanın BMT-nin Baş Assambleyasında neytrallıq statusunun alması qərarını dəstəkləmişdir[5].
5 dekabr 2007-ci ildə Türkiyə Prezidenti Abdullah Gül Türkmənistanı ziyarət etmişdir[6].
24-25 mart 2008-ci ildə Qurbanqulu Berdiməhəmmədov Türkiyədə rəsmi səfərdə olmuşdur[7].
11-12 noyabr 2010-cu ildə Türkmənistanda Türkiyə Prezidenti Abdullah Gül rəsmi səfərdə olmuşdur[8].
30 may 2011-ci ildə Abdullah Gül Türkmənbaşı şəhərini işçi səfəri ilə ziyarət edir[9].
9-10 avqust 2012-ci ildə Qurbanqulu Berdiməhəmmədov İstanbul və İzmir şəhərlərində işçi səfərində olmuşdur[10].
29-31 may 2013-cü il tarixlərində Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün Türkmənistana dövlət səfəri olmuşdur[11].
Birgə sərgilər[12] və digər tədbirlər həyata keçirirlər.
Türkmənistanda 14 türkmən-türk məktəbi, türk ibtidai məktəbi, «Başkənd» təhsil mərkəzi və Türkmən-Türk Beynəlxalq Universiteti fəaliyyət göstərir.
Bununla yanaşı minlərlə türkmən tələbə[13] Türkiyənin universitetlərində təhsil alır. Türkmənistan vətəndaşlarıTürkiyədə vizasız 30 gün qalma hüququna malikdir[14].
Türkmənistanda 10 mindən çox Türk vətəndaşı yaşayır. Türkiyədə təxminən 500 min türkmən yaşayır[15].