Trabzon
Şəhər | |
Trabzon | |
---|---|
Trabzon | |
| |
41°00′18″ şm. e. 39°43′21″ ş. u.HGYO |
|
Ölkə | Türkiyə |
Tarixi və coğrafiyası | |
Sahəsi | 4.662 km2 km² |
Hündürlük | 0 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 807.903 nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | TR-61 |
Telefon kodu | (+90) 462 |
Poçt indeksi | 61000–61999 |
Avtomobil nömrəsi | 61 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Trabzon — Türkiyənin ərazisinin böyüklüyünə görə ən böyük iyirmi doqquzuncu şəhəridir. Sahəsi 4.662 km²-dir. Trabzon, Qara dəniz sahilləri ilə Ziqana dağları arasında yerləşən, olduqca zəngin təbiətə, rəngarəng adət-ənənələrə, əsrarəngiz mədəniyyətə malik bir şəhərdir. Övliya Çələbi bu şəhər haqqında demişdi:
Trabzona kiçik İstanbul desək yanılmarıq. O, İrəm bağları kimi bəzəkli, rəngarəng bir şəhərdir. |
Trabzou hətta Şahzadələr şəhəri də adlandırırlar.[1]
Əhali
[redaktə | mənbəni redaktə et]Şəhərin əhalisinin sayı 807.903 nəfərdir. Bu gün Trabzon Qara dəniz regionunda Samsun şəhərindən sonra ikinci ən böyük şəhər hesab olunur.
İl | 1940 | 1950 | 1960 | 1970 | 1980 | 1990 | 2000 | 2010 | 2019 |
---|---|---|---|---|---|---|---|---|---|
Əhali | 390.733 [2] | 420.279 | 532.999 | 659.120 | 731.045 | 795.849 | 975.137 | 763.714 | 807.903 |
Təhsil
[redaktə | mənbəni redaktə et]Osmanlı İmperiyasının hakimiyyəti dövründə təhsil ocağı kimi fəaliyyət göstərən səkkiz mədrəsə, təhsil müddəti dörd il olan beş məktəb, bir ədəd peşə məktəbi mövcud idi. Müasir dövrdə Trabzonda 815 orta məktəb, 86 kollec və 2 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu ali təhsil müəssisələrindən biri Qara dəniz Texniki Universitetidir. Bu universitet 2 dekabr 1963-cü ildən etibarən fəaliyyət göstərir. Digər ali təhsil müəssisəsi isə Özəl Avrasiya Universitetidir. Bu universitet isə 2011-ci ildə fəaliyyətə başlamışdır. Trabzon, Qara dəniz bölgəsində yeganə şəhərdir ki, ərazisində iki böyük ali təhsil müəssisəsi fəaliyyət göstərir.[3]
İqlim
[redaktə | mənbəni redaktə et]
Trabzon üçün aylıq orta temperatur
|
Muzeylər
[redaktə | mənbəni redaktə et]- Trabzon Muzeyi
- Trabzon Ayasofya Muzeyi
- Trabzon Atatürk Ev Muzeyi
- Ağcaabad Ortaməhəllə Evləri Muzeyi
- Şamil Əkinçi Muzeyi
Kütləvi informasiya vasitələri
[redaktə | mənbəni redaktə et]Qəzetlər | Radio | Tv kanalları |
---|---|---|
Kuzey Ekspres | TRT Trabzon Radyosu | Trabzon TV |
Karadeniz | Bayrak FM | Karadeniz TV |
Karadeniz'de İlkhaber | Taka FM | Mavi Karadeniz TV |
Karadeniz'de Günebakış | Kuzey FM | Kanal Trabzon |
Taka | Radyo KTU | Zigana TV |
Türksesi | Zigana Radyo | Kanal Mavi |
Karadeniz'in Sesi | Radyo Aktif | Kuzey TV |
Qardaş şəhərlər
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ İnan, K., Trabzon'un Osmanlılar Tarafından Fethi. Erciyes Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, Sayı: 14, Sayfa: 71–83, Erzurum 2003/1.
- ↑ "Türkiye İstatistik Kurumu". 2014-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-23.
- ↑ İçişleri Bakanlığı- İller İdaresi Genel Müdürlüğü
- ↑ Fallmerayer, Jakop Philipp (2011). Trabzon İmparatorluğunun Tarihi. Ankara: Türk Tarih Kurumu Yayınları.
- ↑ Yuxarıda get: 1 2 3 4 5 6 7 8 9 10 "Trabzon Büyükşehir Belediyesi". 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-23.