Dəfnə Coy Foster
Dəfnə Coy Foster | |
---|---|
Doğum tarixi | 2 sentyabr 1975[1] |
Doğum yeri | |
Vəfat tarixi | 2 fevral 2011 (35 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | nəfəs çatışmazlığı[d], ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | İlkər Yasin Solmaz |
Uşağı | Can Kılıç Solmaz |
Atası | Stiv Foster |
Anası | Xədicə Nayman |
Fəaliyyəti | aktrisa, televiziya aparıcısı, dicey |
Fəaliyyət illəri | 1996–2011 |
IMDb | ID1760106 |
Vikianbarda əlaqəli mediafayllar |
Dəfnə Coy Foster (ing. Defne Joy Foster; 2 sentyabr 1975[1], İncirlik[d], Adana ili – 2 fevral 2011, İstanbul) — Türk və amerikan əsilli aparıcı, aktrisa və DJ. Aktrisa 2003–2006-cı illər ərzində yayımlanan "Sihirli Annem" teleserialında oynadığı "Eda" obrazı ilə ölkəsində məşhurluq qazanmışdır. Bundan başqa Dayə, Ruhsar və Ağ Yalanlar kimi seriallarda da epizodik rollarda çəkilmişdir.
Həyatı[redaktə | mənbəni redaktə et]
Dəfnə 2 sentyabr 1975-ci ildə Türkiyə'nin İncirlik əyalətində anadan olub.[2][3] Atası afroamerikalı Stiv NATO-da zabit olaraq fəaliyyət göstərir, anası Xədicə isə türkdür. Dəfnə orta təhsilini Alsancakda aldıqdan sonra fərdi təhsilini İzmirdə davam etdirdi.[4] 2008-ci ildə İlkər Yasin Solmaz ilə evlənib və 2009-cu il 13 iyunda Can Qılınc adında bir oğlu olub. 2 fevral 2011-ci ildə Caddebostanda yazıçı Əhməd Altanın oğlu Kərəm Xalid Altanın evində ölü tapılıb. İlk versiya olaraq ölüm səbəbi astma xəstəliyi göstərilib. Astma xəstəsi olan Dəfnənin ölmədən az əvvəl spirtli içki qəbul etdiyi deyilir. Foster Zincirlikuyu məzarlığında dəfn edildi.
Karyera[redaktə | mənbəni redaktə et]
1996-cı ildə Türkiyə-nin Kral Tv telekanalında VJ olaraq işə başladıqdan sonra fərqli kanallarda musiqi verilişlərinə də aparıcılıq etdi. Daha sonra seriallarda rol almağa başlayan Dəfnə uzun müddət davam edən Sehrli Anam serialında Eda rolunu canlandırıb. Əlavə olaraq tv8 telekanalında yayımlanan "Bir İş Üçün Lazımdır" adlı verilişə Cəmil Büyükdoğralı ilə aparıcılığını etmişdir. Bundan əlavə TRT-də yayımlanan "Cehiz Şou", Kanal 7-də yayımlanan "Zula" adlı verilişlərdə aparıcılıq edib. Son olaraq Acun Ilıcalı-nın "Yoxdur Belə Dans" yarışmasında iştirak edib.
Layihələr[redaktə | mənbəni redaktə et]
Film və Teleserial[redaktə | mənbəni redaktə et]
İl | Filmin adı | Rol | Qeydlər |
---|---|---|---|
1997 | Ruhsar | Qonaq ifaçı | |
2000 | Ağ Yalanlar | Köməkçi rol | |
2000 | Dayə | Köməkçi rol | |
2003 | Sehrli Anam | Eda | Teleserial |
2006 | Selena | Pandora | Teleserial |
2007 | Xəyal və Reallıq | Köməkçi rol |
TV Şoular[redaktə | mənbəni redaktə et]
- Cehiz Şou
- Qəfildən
- Bir İş Üçün Lazımdır
- NTV Yaşıl Ekran
- Peşakar Ovu
- Zula
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 IMDb (ing.). 1990.
- ↑ "Arxivlənmiş surət". 2012-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-14.
- ↑ "Arxivlənmiş surət". 2011-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-14.
- ↑ "Arxivlənmiş surət". 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-14.
Xarici Keçidlər[redaktə | mənbəni redaktə et]
- «Dəfnə Coy Foster» — Internet Movie Database saytında.
- 2 sentyabrda doğulanlar
- 1975-ci ildə doğulanlar
- Adana ilində doğulanlar
- 2 fevralda vəfat edənlər
- 2011-ci ildə vəfat edənlər
- 35 yaşında vəfat edənlər
- İstanbulda vəfat edənlər
- Zəncirliquyu qəbiristanlığında dəfn olunanlar
- Əlifba sırasına görə film sənətçiləri
- Nəfəs çatışmazlığından ölənlər
- Ürək tutmasından ölənlər