Salih Salihov
Salih Salihov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ağdaş, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | tibb |
Elmi dərəcələri | tibb elmləri doktoru, professor |
Təhsili | N. Nərimoanov ad. ATU (1939) |
Mükafatları | "Səhiyyə əlaçısı" nişanı (1960), "Azərbaycan SSR fədakar həkimi" fəxri adı, Azərb. SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (1977), "Əmək rəşadətinə görə" medalı |
Salih Salihov — tibb elmləri doktoru, professor, Yəmən Krallığının həkim-terapevti (1960).
Həyatı[redaktə | mənbəni redaktə et]
Salih Salihov 1909-cu ildə Ağdaş rayonunda anadan olub. 1922-ci ildə Bakıya gələrək fəhlə fakültəsinə qəbul olmuş və pedaqoji təmayüllü orta təhsil almışdır. 1933-cü ildə ali pedaqoji təhsil alan S Salihov bir müddət orta məktəb və texnikumlarda fizika-riyaziyyat fənləri üzrə müəllimlik etmişdir. Lakin təbabət elminə olan böyük həvəs onu 1939-cu ildə N. Nərimoanov adına Azərbaycan Tibb İnstitutuna gətrimişdir. 1943-cü ildə müalicə-profilaktika sahəsini bitirən S. Salihov institutda saxlanmışdır. S.Salihov 1950-ci illərdə namizədlik, 1967-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun Azərbaycan kurortlarının öyrənilməsində mühüm xidmətləri vardır. O, 100-dən artıq elmi məqalənin və üç monoqrafiyanın müəllifi olmuşdur. S.Salihov 1976-cı ildə vəfat etmişdir.
Fəaliyyəti[redaktə | mənbəni redaktə et]
O, əvvəlcə I hospital terapiya kafedrasında kliniki ordinator, sonra assistent, dosent və 1957-ci ildən kafedranın müdiri seçilmişdir. S Salihov Tibb İnstitutunda işləməklə bərabər, 1944-45-ci illərdə əvvəlcə Naftalan kurortunun direktoru, sonra isə Naftalan sanatoriyasının baş həkimi işləmişdir. S.Salihov 1950-52-ci illərdə N.A. Semaşka adına klinikanın baş həkimi vəzifəsində işləmişdir. S.Salihov 1956-cı ildə Yəmən Krallığına həkim-terapevt kimi ezam edilmişdir. O, Ümumittifaq Terapevtlə və Kardioloqlar Cəmiyyətinin sədr müavini, Azərbaycan SSR Səhiyyə Nazirliyinin Terapiya üzrə attestasiya komissiyasının sədri, Azərbaycan tibb jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Mükafatları[redaktə | mənbəni redaktə et]
S.Salihova 1960-cı ildə "Səhiyyə əlaçısı" nişanı və "Azərbaycan SSR fədakar həkimi" fəxri adı verilmişdir. O, 1960-c ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və 1977-ci ildə "Əmək rəşadətinə görə" medalı ilə təltif olunmuşdur.[1]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Faiq Şükürbəyli. "Ağdaş tarixin yaddaşında-I kitab", Bakı ,2013, səh.157