Ağabəy Sultanov
Ağabəy Sultanov | |
---|---|
Sultanov Hacı Ağabəy Həşim oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Elmi dərəcəsi | Fəlsəfə elmləri doktoru |
Elmi adı | Professor |
Tanınır | Respublikanın baş psixiatrı |
Mükafatları |
|
Hacı Ağabəy Sultanov (1938, Bakı – 2007, Bakı) — əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının, Psixiatrların Dünya Federasiyasının həqiqi üzvü, BMT-nin psixiatriya üzrə Azərbaycandakı koordinatoru.
Həyatı[redaktə | mənbəni redaktə et]
Ağabəy Sultanov 1936-cı il fevralın 22-də Bakı şəhərində anadan olmuşdur. O, 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 1960-cı ildə ali təhsilini başa vuran Ağabəy Sultanov əmək fəaliyyətinə 1 №-li Respublika Psixiatriya Xəstəxanasında həkim kimi başlamışdır. 1962-1963-cü illərdə Azərbaycan Tibb İnstitutunun psixiatriya kafedrasında klinik ordinatura keçdikdən sonra, 1964-1967-ci illərdə Moskvada Elmi Tədqiqat Psixiatriya İnstitutunun aspiranturasında təhsil almışdır. O, 1968-ci ildən ömrünün sonunadək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında müxtəlif vəzifələrdə işləmiş, 1990-cı ildən isə kafedranın müdiri olmuşdur. Azərbaycan Tibb Universitetində çalışdığı bütün bu dövr ərzində Ağabəy Sultanov tibbi kadrların yetişdirilməsi, ölkəmizdə psixiatriya xidmətinin təkmilləşdirilməsi, təbabət elminin inkişafı sahəsində göstərdiyi səylərə görə ictimaiyyətin dərin hörmət və ehtiramını qazanmışdır.
Ağabəy Sultanov 1967-ci ildə namizədlik, 1973-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, psixiatriyanın müxtəlif problemlərinə həsr edilmiş 4 dərslik və monoqrafiyanın, 300-dək elmi məqalənin müəllifidir. Alimin əsərləri respublikamızda və onun hüdudlarından kənarda mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri olmuşdur.
H.Sultanov dünyanın bir çox ölkələrində, o cümlədən Fransada, İspaniyada, İtaliyada, Yaponiyada, Belçikada, ABŞ-də, Kanadada, Türkiyədə, Misirdə, Avstriyada keçirilən beynəlxalq konqres, simpozium və konfranslarda elmi məruzələrlə çıxışlar etmişdir. Bu çıxışların nəticələrinə əsaslanan materiallar həmin ölkələrin elmi məcmuələrində çap olunaraq, müəllifə beynəlxalq aləmdə layiqli nüfuz qazandırmışdır.
H.Sultanov elmi-pedaqoji fəaliyyətlə yanaşı, həm də geniş diapazonlu ictimai işlərlə məşğul olmuşdur. O, Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda psixiatriya üzrə koordinatoru, Ümumdünya Psixiatrlar Federasiyasının üzvü, Rusiya Tibb Elmləri Akademiyasının Psixi Sağlamlıq üzrə Elmi Şuranın Rəyasət Heyətinin üzvü olmuşdur. Bununla yanaşı o, Rusiyanın İntihara qarşı problem komissiyasının üzvü, Azərbaycan Tibb Universitetində psixiatriya, nevrologiya, otorinolarinqologiya və stomatologiya üzrə Müdafiə Şurasının sədri, psixiatriya və nevrologiya üzrə İxtisaslaşdırılmış problem komissiyasının sədri, Azərbaycan Respublikası elmi biliklərin və texnologiyaların etikası üzrə komitənin üzvü, “Azərbaycan Tibb Jurnalı” redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərmişdir.
H.Sultanov iki dəfə Beynəlxalq “Bakılı” Cəmiyyətinin “Humay” mükafatının laureatı (2001 və 2003) olmuş, AR Səhiyyə Nazirliyinin Fəxri Fərmanına (2003-2005), Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, Akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı olmuş, “Şöhrət” ordeni ilə (2006) təltif edilmişdir.
Akademik Məmmədəliyev adına mükafatın və "Humay" mükafatının laureatı, respublikanın baş psixiatrı Ağabəy Sultanov 2007-ci il iyunun 12-də vəfat edib.
Filmoqrafiya[redaktə | mənbəni redaktə et]
- Axırıncı addım (film, 1989)
- Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992)
- Özgə vaxt (film, 1996)
- Hər şey yaxşılığa doğru
- Nə gözəldir bu dünya... (film, 1999)
- Oqtay Ağayev. Ötən günlər (film, 2004)
- Tilsim (film, 2005)
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- 22 fevralda doğulanlar
- 1936-cı ildə doğulanlar
- 71 yaşında vəfat edənlər
- 12 iyunda vəfat edənlər
- 2007-ci ildə vəfat edənlər
- Azərbaycan Respublikasının əməkdar elm xadimləri
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- "Humay" mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- 1938-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- Bakıda vəfat edənlər
- Azərbaycan psixoloqları
- Tibb elmləri doktorları
- Professorlar
- Azərbaycan həkimləri
- Azərbaycanlı həkimlər