Sanco Sanetomi
Sanco Sanetomi | |
---|---|
yap. 三条実美 | |
| |
25 oktyabr 1889 – 24 dekabr 1889 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 mart 1837 |
Doğum yeri | |
Vəfat tarixi | 28 fevral 1891 (53 yaşında) |
Vəfat səbəbi | qrip |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Sanco Sanetsumu[d] |
Uşaqları | |
Ailəsi | Sanco ailəsi[d] |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Sanco Sanetomi (三条 実美?, 13 mart 1837, Kioto – 28 fevral 1891) – Yaponiya saray əyanı və Meyci hökumətinin başçılarından biri.
Həyatı
[redaktə | vikimətni redaktə et]1837-ci ildə Kioto şəhərində Fucivara ailəsinin beş əsas qolundan birinin üzvü kimi doğulmuşdur.[1] Atası Sanco Sanetsumu Ansey təmizlənməsi zamanı 1859-cu ildə şoqunluq tərəfindən öldürülmüşdür.[1] Buna görə də Sanetomi Sonno coy hərəkatına qoşularaq imperator hakimiyyətini dəstəkləməyə başlamışdır.[1]
1863-cü ildə imperatorluq sarayında yenicə yaradılmış dövlət işləri üzrə komissar postuna təyin olunmuş, Tokuqava şoqunluğunu devirmək və imperator hakimiyyətini bərpa etmək istəyən əyanlar arasında vacib rol oynamışdır.[1] İmperatorluğu dəstəkləyən Çoşu əyalətinin[a] samurayları ilə əlaqələr qurmuşdur.[1] 30 sentyabr 1863-cü ildə baş vermiş dövlət çevrilişindən sonra altı əyanla birlikdə Çoşu əyalətinə qaçmışdır.[1] Sonuncu Tokuqava şoqunu Tokuqava Yoşinobunun 1867-ci ilin noyabrında hakimiyyəti imperatora qaytarmasından sonra Sanetomi Kiotoya qayıtmışdır.[1] Növbəti il Administrasiya ofisinə təyin olunmuş, İvakura Tomomi ilə birlikdə yeni hökumətin mərkəzi fiqurlarından biri olmuşdur.[1] 1869-cu ildə Sağ nazir, 1871-ci ildə Böyük nazir təyin olunmuşdur.[1] 1885-ci ilə kimi bu postda qalmışdır.[1] 1889-cu ildə Yaponiyanın Baş naziri vəzifəsini yerinə yetirmişdir.
Sanetomi yuxarı vəzifələri tutan siyasətçi olsa da, çəkingən şəxsiyyətə malik idi.[1] Koreyanın işğalı məsələsi kimi böhranlar zamanı İvakura və digərlərinin təsirinə düşürdü.[1]
Qeydlər
[redaktə | vikimətni redaktə et]- ↑ Hazırda Yamaquçi prefekturası.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 12. ISBN 0-87011-627-4. İstifadə tarixi: 10 iyul 2022.
- 13 martda doğulanlar
- 1837-ci ildə doğulanlar
- Kiotoda doğulanlar
- 28 fevralda vəfat edənlər
- 1891-ci ildə vəfat edənlər
- 53 yaşında vəfat edənlər
- Qokoku məbədində dəfn olunanlar
- Sanco ailəsi
- Ağ qartal ordeni (Rusiya) kavalerləri
- 1-ci dərəcəli "Doğan günəş" ordeni kavalerləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Kazoku
- Meyci islahatları
- Kuqe
- Yaponiya baş nazirləri
- Qripdən ölənlər
- Meyci dövrü şəxsləri