Tahir Baxşəliyev
Tahir Baxşəliyev | |
---|---|
Tahir Şamil oğlu Baxşəliyev | |
Doğum tarixi | |
Doğum yeri | Şahsevən, Beyləqan rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi |
Mükafatları |
Tahir Baxşəliyev (tam adı: Tahir Şamil oğlu Baxşəliyev; 26 aprel 1951, Şahsevən[d], Jdanov rayonu) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Slavyan ölkələri tarixi kafedrası"nın professoru, tarix elmləri doktoru.[1][2]
Həyatı[redaktə | mənbəni redaktə et]
26 aprel, 1951-ci ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olub.
Təhsili[redaktə | mənbəni redaktə et]
1967-ci ildə Şahsevən kənd orta məktəbin əla qiymətlərlə bitirib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1973-cü ildə Bakı Dövlət Universitetin ilk, Karl Marks adına təqaüdçülərindən biri olub. 1973-cü ildə "SSRİ tarixi" kafedrasının nəzdində 07.00.02 — SSRİ tarixi ixtisası üzrə aspiranturaya daxil olub. 1980-ci ildə namizədlik dissertasiya müdafiə edib. 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1994-cü ildə professor elmi dərəcəsi alıb.
Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]
Bölgü komissiyasının qərarı ilə 26 avqust 1972-ci il tarixində SSRİ tarixi kafedrasında baş laborant vəzifəsində təyin olub. 1975-ci ildən 1977-ci ilə kimi BDU-nun komsomol komitəsinin katibi vəzifəsində çalışıb. Həmin illərdə SSRİ tarixi kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifəsində çalışıb. 1994–2000-ci illərdə Türk və Qafqaz xalqları tarixi kafedrasında müdri olub. 1994–2000-ci illərdə BDU-nun Tərbiyə işləri üzrə prorektor vəzifəsində işləyib. 2014-cü ildən BDU-nun Slavyan xalqları tarixi kafedrasının professordur, Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin Elmi Şurasının, ixtisaslaşmış doktorluq müdafiə şurasının üzvü olub.
Tədqiqat sahəsi[redaktə | mənbəni redaktə et]
Tədqiqat sahəsi, əsasən SSRİ, Türk və Qafqaz və Slavyan ölkələri tarixi ilə əlaqədadır.
Təltifləri[redaktə | mənbəni redaktə et]
Tahir Baxşəliyev uzun illər səmərəli fəaliyyətinə, Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə, BDU-nun Elmi Şurasınən 7 iyul 2017-ci il tarixli qərarı ilə "İlin müəllimi" fəxri adına layiq görülmüşdür[3].
2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunub[4].
Seçilmiş əsərləri[redaktə | mənbəni redaktə et]
- Azərbaycan SSRİ-nin ali məktəblərində aspirantura yolu ilə elmi kadrların hazırlanması, S.M.Kirov adına ADU-nun Elmi əsərləri. Tarix və fəlsəfə elmləri seriyası. 1975, № 1
- Səkkizinci beşillikdə Azərbaycan SSR ali məktəblərində ixtisaslı kadrların hazırlanmasının bəzi məsələləri ADU-nun Elmi əsərləri. Tarix və fəlsəfə elmləri seriyası. 1977, № 6
- İ.B.Berxin. SSRİ tarixi (1917–1937-ci illər). (Rus dilindən Azərbaycan dilinə tərcümə).Bakı, "Maarif". 1977 Ali məktəblərdə aparılan elmi-tədqiqat işlərinin istehsalatla əlaqəsi ADU-nun Elmi əsərləri. Tarix və fəlsəfə elmləri seriyası. 1978, №
- 6 Azərbaycanın ali məktəblərində inkişaf etmiş sosializm şəraitində elmi-pedaqoji kadrların hazırlanması. (Rus dilində) Elmi əsərlərin tematik məcmuəsi. Bakı, ADU-nun nəşri, 1981
- Məktəblilərə SSRİ-nin 60 illiyi haqqında Bakı, "Maarif" 1982 Sovet Azərbaycanında ali məktəbin inkişafı. (Rus dilində) Bakı, "Maarif" 1984
- SSRİ-nin yaradılmasında proletar diktaturası orqanlarının rolu Elmi əsərlərin tematik məcmuəsi. Bakı, ADU-nun nəşri, 1984
- Onuncu beşillikdə Azərbaycan SSR-də elmi ziyalıların say tərkibinin artması Elmi əsərlərin tematik məcmuəsi. Bakı, ADU-nun nəşri, 1985
- Azərbaycan SSR-də Ali və Orta İxtisas təhsilinin inkişafı və respublika ziyalılarının ixtisas tərkibinin dəyişilməsi. (rus dilində) Elmi əsərlərin tematik məcmuəsi. Bakı, ADU-nun nəşri, 1986
- Məktəblilərə Böyük Oktyabr sosialist inqilabı haqqında Bakı, "Maarif", 1987
- Böyük Oktyabr və Sovet Azərbaycanının ziyalıları Elmi əsərlərin tematik məcmuəsi. Bakı, ADU-nun nəşri, 1988
- Azərbaycanın mədəni-maarif ziyalıları Elmi əsərlərin tematik məcmuəsi. Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 1989,
- Azərbaycan SSR ziyalılarının tərkibində və miqdarında dəyişikliklər (rus dilində) Bakı, 1989
- Türk xalqlarının müasir tarixi (1917–1993-cü illər) proqrammı (Müdafiədən sonra). Bakı Universiteti nəşriyyatı, 1993
- Türk xalqlarının müasir tarixi yeni proqramm əsasında tədris edilməlidir. (Müdafiədən sonra)
- Azərbaycan, 12 iyun 1993 Azərbaycan Demokratik Respublikası və ziyalılar. (Müdafiədən sonra)Mədəni-maarif, 1994, № 1–2
- Gələcəkdəki ilişkilərə təməl atmış olduq "Mesaj" jurnalı, həftəlik xəbər dərgisi. Yıl.3, sayı 149, 25 oktyabr-7 noyabr 1994 Əski SSRİ-dəki türklərin tarixinin bəzi məsələləri (türk dilində). "Mesaj" jurnalı, 1995, 14–20 fevral, № 164 (İstanbul)
- Keçmiş SSRİ-dəki türk xalqlarının müasir tarixinə ümumi bir baxış Bakı Universitetinin 75 illik yubileyinə həsr olunmuş elmi konfransının materialları. BDU, 1995
- Tatarıstan Respublikasının müasir tarixindən Türk və Qafqaz xalqları tarixinin bəzi məsələləri. BDU, 1997 Heydər Əliyevin nitq və çıxışlarında gənclərin mənəvi tərbiyə məsələləri Bakı Universiteti xəbərləri, 1998, № 1
- Azərbaycanın sahibkar kəndlər Rusiya işğalından sonraki dövrdə (1820–1890-cı illər)" adlı monoqrafiya. Бакы: Elm nəşriyyatı 2015
- Slavyan ölkələri İkinci Dünya müharibəsi illərində müvzusunda. Magistratura səviyyəsi üçün ixtisas fənni proqram. BDU, nəşriyyatı, 2015.
- Krımın tarixinə dair. BDU-nun Xəbərləri, humanitar elmlər seriyası.N1, səh, 96–106, 2015.
- Krımın tarixinə dair. Turan-ilimi fikir və mədəniyyət dərgisi N27, səh 77–84,2016.
- Slavyan ölkələri tarixi (1917–2015). Ali məktəblərin bakalavr səviyyəsi üçün dərslik BDU, 2016.
- "Slavyan ölkələri tarixi " fənni üzrə bakalavr pilləsi üçün proqramm, Bakı, 2017, həmmüəllif.
Kitabları[redaktə | mənbəni redaktə et]
- H.N.Məmmədov. "Polşanın müasir tarixi (XX əsrin sonları-XXI əsrin əvvəlləri)" Bakı: "Mürtəcim" Nəşriyyatı-Poliqrafiya mərkəzi 2017, 9,5 ç.v. adlı dərs vəsaitinin elmi redaktoru
- T.Ş.Baxşəliyev. Slavyan ölkələri tarixi (1917–2015-ci illər). Ali məktəblərin bakalavriat səviyyəsi üzrə tarixçi ixtisası üçün dərslik. Bakı, 2018 Arxivləşdirilib 2018-12-22 at the Wayback Machine
- T.Ş.Baxşəliyev. Rusiya tarixi ən qədim zamanlardan günümüzədək. (Ali məktəblərin bakalavr pilləsi üçün dərslik). Bakı, "Təhsil", 2021, 808 səh.
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Baxşəliyev Tahir Şamil oğlu". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-08.
- ↑ "SLAVYAN ÖLKƏLƏRİ". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-08.
- ↑ Tahir Baxşəliyev. Slavyan ölkələri tarixi 1917–2015. Bakı, 2018.
- ↑ ""Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunanlar" (PDF). 2019-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-29.
- Yaşayan insanlar
- 26 apreldə doğulanlar
- 1951-ci ildə doğulanlar
- Bakı Dövlət Universitetinin müəllimləri
- "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- Beyləqan rayonunda doğulanlar
- Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimləri
- Tarixçilər
- Azərbaycanlı tarixçilər