Tahir Baxşəliyev

Tahir Baxşəliyev (tam adı: Tahir Şamil oğlu Baxşəliyev; 26 aprel 1951, Şahsevən[d], Jdanov rayonu) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Slavyan ölkələri tarixi kafedrası"nın professoru, tarix elmləri doktoru.[1][2]

Tahir Baxşəliyev
Tahir Şamil oğlu Baxşəliyev
Doğum tarixi (73 yaş)
Doğum yeri Şahsevən, Beyləqan rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
İş yeri
Təhsili Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi
Mükafatları "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

26 aprel, 1951-ci ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olub.

1967-ci ildə Şahsevən kənd orta məktəbin əla qiymətlərlə bitirib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1973-cü ildə Bakı Dövlət Universitetin ilk, Karl Marks adına təqaüdçülərindən biri olub. 1973-cü ildə "SSRİ tarixi" kafedrasının nəzdində 07.00.02 — SSRİ tarixi ixtisası üzrə aspiranturaya daxil olub. 1980-ci ildə namizədlik dissertasiya müdafiə edib. 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1994-cü ildə professor elmi dərəcəsi alıb.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Bölgü komissiyasının qərarı ilə 26 avqust 1972-ci il tarixində SSRİ tarixi kafedrasında baş laborant vəzifəsində təyin olub. 1975-ci ildən 1977-ci ilə kimi BDU-nun komsomol komitəsinin katibi vəzifəsində çalışıb. Həmin illərdə SSRİ tarixi kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifəsində çalışıb. 1994–2000-ci illərdə Türk və Qafqaz xalqları tarixi kafedrasında müdri olub. 1994–2000-ci illərdə BDU-nun Tərbiyə işləri üzrə prorektor vəzifəsində işləyib. 2014-cü ildən BDU-nun Slavyan xalqları tarixi kafedrasının professordur, Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin Elmi Şurasının, ixtisaslaşmış doktorluq müdafiə şurasının üzvü olub.

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]

Tədqiqat sahəsi, əsasən SSRİ, Türk və Qafqaz və Slavyan ölkələri tarixi ilə əlaqədadır.

Tahir Baxşəliyev uzun illər səmərəli fəaliyyətinə, Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə, BDU-nun Elmi Şurasınən 7 iyul 2017-ci il tarixli qərarı ilə "İlin müəllimi" fəxri adına layiq görülmüşdür[3].

2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunub[4].

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan SSRİ-nin ali məktəblərində aspirantura yolu ilə elmi kadrların hazırlanması, S.M.Kirov adına ADU-nun Elmi əsərləri. Tarix və fəlsəfə elmləri seriyası. 1975, № 1
  • Səkkizinci beşillikdə Azərbaycan SSR ali məktəblərində ixtisaslı kadrların hazırlanmasının bəzi məsələləri ADU-nun Elmi əsərləri. Tarix və fəlsəfə elmləri seriyası. 1977, № 6
  • İ.B.Berxin. SSRİ tarixi (1917–1937-ci illər). (Rus dilindən Azərbaycan dilinə tərcümə).Bakı, "Maarif". 1977 Ali məktəblərdə aparılan elmi-tədqiqat işlərinin istehsalatla əlaqəsi ADU-nun Elmi əsərləri. Tarix və fəlsəfə elmləri seriyası. 1978, №
  • 6 Azərbaycanın ali məktəblərində inkişaf etmiş sosializm şəraitində elmi-pedaqoji kadrların hazırlanması. (Rus dilində) Elmi əsərlərin tematik məcmuəsi. Bakı, ADU-nun nəşri, 1981
  • Məktəblilərə SSRİ-nin 60 illiyi haqqında Bakı, "Maarif" 1982 Sovet Azərbaycanında ali məktəbin inkişafı. (Rus dilində) Bakı, "Maarif" 1984
  • SSRİ-nin yaradılmasında proletar diktaturası orqanlarının rolu Elmi əsərlərin tematik məcmuəsi. Bakı, ADU-nun nəşri, 1984
  • Onuncu beşillikdə Azərbaycan SSR-də elmi ziyalıların say tərkibinin artması Elmi əsərlərin tematik məcmuəsi. Bakı, ADU-nun nəşri, 1985
  • Azərbaycan SSR-də Ali və Orta İxtisas təhsilinin inkişafı və respublika ziyalılarının ixtisas tərkibinin dəyişilməsi. (rus dilində) Elmi əsərlərin tematik məcmuəsi. Bakı, ADU-nun nəşri, 1986
  • Məktəblilərə Böyük Oktyabr sosialist inqilabı haqqında Bakı, "Maarif", 1987
  • Böyük Oktyabr və Sovet Azərbaycanının ziyalıları Elmi əsərlərin tematik məcmuəsi. Bakı, ADU-nun nəşri, 1988
  • Azərbaycanın mədəni-maarif ziyalıları Elmi əsərlərin tematik məcmuəsi. Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 1989,
  • Azərbaycan SSR ziyalılarının tərkibində və miqdarında dəyişikliklər (rus dilində) Bakı, 1989
  • Türk xalqlarının müasir tarixi (1917–1993-cü illər) proqrammı (Müdafiədən sonra). Bakı Universiteti nəşriyyatı, 1993
  • Türk xalqlarının müasir tarixi yeni proqramm əsasında tədris edilməlidir. (Müdafiədən sonra)
  • Azərbaycan, 12 iyun 1993 Azərbaycan Demokratik Respublikası və ziyalılar. (Müdafiədən sonra)Mədəni-maarif, 1994, № 1–2
  • Gələcəkdəki ilişkilərə təməl atmış olduq "Mesaj" jurnalı, həftəlik xəbər dərgisi. Yıl.3, sayı 149, 25 oktyabr-7 noyabr 1994 Əski SSRİ-dəki türklərin tarixinin bəzi məsələləri (türk dilində). "Mesaj" jurnalı, 1995, 14–20 fevral, № 164 (İstanbul)
  • Keçmiş SSRİ-dəki türk xalqlarının müasir tarixinə ümumi bir baxış Bakı Universitetinin 75 illik yubileyinə həsr olunmuş elmi konfransının materialları. BDU, 1995
  • Tatarıstan Respublikasının müasir tarixindən Türk və Qafqaz xalqları tarixinin bəzi məsələləri. BDU, 1997 Heydər Əliyevin nitq və çıxışlarında gənclərin mənəvi tərbiyə məsələləri Bakı Universiteti xəbərləri, 1998, № 1
  • Azərbaycanın sahibkar kəndlər Rusiya işğalından sonraki dövrdə (1820–1890-cı illər)" adlı monoqrafiya. Бакы: Elm nəşriyyatı 2015
  • Slavyan ölkələri İkinci Dünya müharibəsi illərində müvzusunda. Magistratura səviyyəsi üçün ixtisas fənni proqram. BDU, nəşriyyatı, 2015.
  • Krımın tarixinə dair. BDU-nun Xəbərləri, humanitar elmlər seriyası.N1, səh, 96–106, 2015.
  • Krımın tarixinə dair. Turan-ilimi fikir və mədəniyyət dərgisi N27, səh 77–84,2016.
  • Slavyan ölkələri tarixi (1917–2015). Ali məktəblərin bakalavr səviyyəsi üçün dərslik BDU, 2016.
  • "Slavyan ölkələri tarixi " fənni üzrə bakalavr pilləsi üçün proqramm, Bakı, 2017, həmmüəllif.
  1. "Baxşəliyev Tahir Şamil oğlu". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-08.
  2. "SLAVYAN ÖLKƏLƏRİ". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-08.
  3. Tahir Baxşəliyev. Slavyan ölkələri tarixi 1917–2015. Bakı, 2018.
  4. ""Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunanlar" (PDF). 2019-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-29.