Abutalıb Cəlilov

Abutalıb Cəlilov (17 iyul 1950, Bakı) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Slavyan ölkələri tarixi kafedrası"nın müdiri, dosent,[1][2] Əməkdar müəllim (2019).[3]

Abutalıb Cəlilov
Abutalıb Hümbət oğlu Cəlilov
Doğum tarixi (74 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi tarix üzrə fəlsəfə doktoru
Elmi adı dosent
İş yeri Bakı Dövlət Universiteti
Təhsili Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

17 iyul 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1968–1973-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. 1981-ci ildə Moskva Dövlət Tarix-Arxiv institutunda "1920–1932-ci illərdə Azərbaycan neft sənayesinin idarəçiliyinin təşkili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1973-cü ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Tarix fakültəsində baş laborant, müəllim, baş müəllim işləmiş və hal-hazırda dosent vəzifəsində çalışır. 1979-cu ildən Tarix fakültəsinin "Slavyan ölkələri tarixi" kafedrasında çalışır. "Slavyan ölkələri tarixi" fənnini tədris edir. Tədris etdiyi fənn slavyan xalqlarının qədim, orta əsrlər və yeni dövrünü əhatə edir. 30-dan artıq məqalənin müəllifidir.

Tədris etdiyi fənlər

[redaktə | mənbəni redaktə et]
  • Slavyan ölkələri tarixi qədim və yeni dövrləri əhatə edir.
  • Magistraturada tədris etdiyi fənlər Slavyan ölkələrində mərkəzləşdirilmiş dövlətlərin yaranması.

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]

Tədqiqat sahəsi Azərbaycan tarixinin XIX əsrin sonu – XX əsrin əvvəllərini əhatə edən dövrüdür. Tədqiqat mövzusu Bakı sənaye rayonunun Cənubi Qafqazın iqtisadi inkişafına təsiri məsələsinə həsr olunub. Bundan əlavə slavyan ölkələri tarixinin müxtəlif məsələlərinə həsr olunmuş ayrı-ayrı problemləri tədqiqat obyektidir.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Son beş ildə "Qusçular müharibələri və onların Çexiya tarixində yeri",
  • "XVII əsrin ortaları və ikinci yarısında Rus-Polşa münasibətləri tarixindən",
  • "Bakı sənaye rayonunun XIX əsrin sonu — XX əsrin əvvəllərində Cənubi Qafqazın nəqliyyat kommunikasiyalarının inkişafına təsiri haqqında" adlı məqalələri çapdan çıxıb. 2004-cü ildə çapdan çıxmış
  • "Slavyan ölkələri tarixi" ümumi kursunun proqramının, 2008-ci ildə çapdan çıxmış
  • "Slavyan ölkələri tarixi" mağistr kursunun proqramının müəlliflərindən biridir.
  • Об уровне развития промышленности Южного Кавказа в начале ХХ века (Сравнительный анализ на основе материалов фабричной инспекции) Tarix və onun problemləri (nəzəri, elmi, metodik jurnal) № 3, 2015
  • XIX əsrin sonu-ХХ əsrin əvvələrində Bakı sənayə rayonunun Yelizavetpol guberniyasının iqtisadiyatında təsirinin bəzi məsələləri. Tarix və onun problemləri (nəzəri, elmi, metodik jurnal Heneral Səməd bəy Mehmandarovunun 160 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışının № 4 2015
  • Табачная промышленность Южного Кавказа и Азербайджан (конец XIX- нач. XX века) Tarix və Onun problemləri N 3, 2016 səh 109–113
  • İrəvan Quberniyasının iqtisadiyyatının bəzi məsələləri. Tarix və Onun problemləri N4, 2016. s.51–55
  • "Slavyan Ölkələri Tarixi" fənni üzrə bakalavr pilləsi üçün proqram Bakı. 2017 həmmüəllif
  • "Нефтеная промышленность-как источник увеличения численности рабочих в Северном Азербайджане в конце Х1Х-начале ХХ века",Tarix və onun problemləri (nəzəri, elmi, metodik jurnal) 2017, № 2 sayında
  • "Поляки в нефтяной промышленности Азербайджана" Tarix və onun problemləri (nəzəri, elmi, metodik jurnal) № 4 sayında 2017
  • "Женский труд в промышленности Северного Азербайджана в конце Х1Х-начале ХХ века" adlı məqaləsi 25 noyabr 2017-ci ildə Azərbaycan Universitetində "Gender problemi və müasir Azərbaycan" mövzusuna həsr olunmuş elmi-praktik konfransın materialları toplusunda
  • Сборник тестов. Всемирная история. 9-й класс. Баку, 2017, (27,5 ç.v.); test toplusunun həmmüəllifidir.
  • Программа "История славянских стран" для степени бакалавра, Баку, 2017, AMEA-nın mətbəsində, 4,25 ç.v.
  • A.Cəlilovun S.Mustafayevanın "Cənubi Qafqazda ərazi və sərhəd dəyişiklikləri (1917–1922-ci illər)". Bakı: "Avropa" nəşriyyatı 2017, 19,5 ç.v. monoqrafiya redaktor
  • Нефтяная Политика Правительства Азербаджанской Демократической Республики. Tarix və Onun Problemləri N2. 2018. s. 39–44
  • Бакинская Нефть в Промышленности Южного Азербайджана в конце XIX- начале XX вв. Tarix və Onun Problemləri, N2, 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Abutalıb Cəlilov". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
  2. "SLAVYAN ÖLKƏLƏRİ". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
  3. "Prezident BDU-nun əməkdaşlarını təltif etdi". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.