Himalay qoralı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Himalay qoralı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Himalay qoralı (lat. Naemorhedus goral) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Orta ölçülərə malikdirlər. Altı yarımnövü vardır ki, hazırda isə bu yarımnövlərdən biri olan Şərq qoralı müstəqil növdür (lat. Naemorhedus caudatus)[3].

Növün elmi adı Nemorhaedus goral Latın dilindən götürülmüşdür. nemus "meşə", və haedus, keçi. Qoral adı isə hind dilindən götürülmüşdür.

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Xarici hörünüş baxımından adi ev keçisinindən Antilopa keçidi xatırladır. Qorallar cinsinə daxil olan digər növlərdən forması, uzun tükləri və iri buynuzlarına görə seçilirlər. Qoralın uzunluğu 106–118 sm, hündürlüyü 75 sm, çəkisi — 32–42 kq-dır. Quyruğu 13–18 sm-dir. Erkəklər və dişilər qara rəngli və iti buynuza malikdir. Buynuzu 13–18 sm uzunluğa malikdir. Qışda tükləri uzun və sıx olur. Yay ayları isə qısa və seyrək olur.

Qoral Seroudan (Capricornis sumatraensis) törəməsi və onunla ümumi kökə malikdirlər.

Bu növ əsasən Himalay, Şərqi Tibet, Birmanın dağlıq hissələrində, Çin (Siçuan, Yonnan, Şansi), Pakistan, Hindistan, NepalButan ərazilərində yayılmışdır.

Tipik dağ heyvanıdır. Qayalıqlar üzərində, dağ meşəliklərində və hündürlüyü 4000 m olan ərazilərə yayılırlar.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. "Amur qoralı". 2017-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-05-07.
  • Grubb, P. Review of Family-Group Names of Living Bovids. Journal of Mammalogy. 2001. Vol. 82, No. 2 pp. 374–388 abstract [ölü keçid]