Şərq qoralı

Şərq qoralı (lat. Naemorhedus caudatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü.

Şərq qoralı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Şərq qoralı bozumtul rəngə malikdir. Boğazı parlaq rəngə malikdir. Bel nahiyyəsindən tünd zolaq keçir.

Bu canlılar əsasən Rusiyanın cənub-şərq meşələri (Xabarovsk diyarıPrimorsk diyarı), Çinin şimal-şərqi (Heylunszyan və Qirin), üstəlik Koreya yarımadası[3] ərazisində rast gəlinir[4]

Qorallar əsasən elə də böyük olamayan və sayları 4–6 baş olan qruplarda birləşirlər. Erkəklər yalquzaq olaraq yaşayırlar. Dişilər isə yay ayları balaları ilə birlikdə yaşayır. Qida arxasınca əsasən səhər və gecə saatlarında gedirlər. Əsasən ot, yarpaq və bitkilərin digər hissələri və növləri ilə qidalanır. Erkəklər zoopark şəraitində 17 il 8 ay müddətində yaşayır. Təbiətdə isə 5–6 il erkəklər, 8–10 il dişilər yaşayır.

Uzun məsafəli qaçışa dözümlü deyil. Bununla belə 2–3 metr tullana bilirlər. Qalınlığı 25–30 sm olan qar sahələrində qaçırlar. Qış ayları əsasən şibyə, gölələk, mamır ilə qidalanırlar. Sixote-Alin qoruğunda onlar ümumilikdə 268 növ bitkilərlə qidalanır.

Çütləşmə dövrü sentyabrdan noyabra qədər sürür. Bu zaman erkəklər adəti üzrə savaşırlar. Mayın sonları, iyunun əvvəlləri dişilər 1 və ya 2 bala verirlər. İlk bir ay balalar gizləndiyi yerdən heç yerə getmirlər, halbuki istəsələr istənilən yerə gedə bilərlər.

Çoxalma potensialları olsa da, ovlananların böyük hissəsi 0,5–1,5 ilinə təsadüf edir. Bu idə papiəulyasiyaya mənfi təsir edir. Saylarının azalmasında insan faktoru böyük rol oynayır. Ümumi saylarının 3–18 % arası canavar, yerdə qalan hissələri isə vaşaq, bəbir tərəfinfən ovlanılır.

Qorunma statusu

[redaktə | mənbəni redaktə et]

Dəqiq sayları bilinmir. Rusiyanın şərqində saylarının cəmi 600–750 baş olması ehtimal edilir. Onların 90 % qoruq, yasaqlıq ərazilərində yaşayır.

Nadir qorunan növdür. Beynəlxalq qırmızı kitaba daxil edilmişdir. 1924-cü ildən Rusiya ərazisində ovuna qadağa qoyulmuşdur.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Grubb, P. (16 November 2005). Wilson, D. E.; Reeder, D. M., eds. Mammal Species of the World: A Taxonomic and Geographic Reference (3rd ed.). Johns Hopkins University Press. ISBN 978-0-8018-8221-0. OCLC 62265494.
  4. Kim, K., Cho, D. 2005. Status and ecological resource value of the Republic of Korea’s De-militarized Zone, Landscape Ecol. Eng. 1: 3–15 PDF [ölü keçid]
  • Бобринский Н. А., Кузнецов Б. А., Кузякин А. П. Определитель млекопитающих СССР. Гос. изд-во "Советская наука", М., 1944. 440 с.
  • Ronald M. Nowak: Walker's Mammals of the World. Johns Hopkins University Press, 1999, ISBN 0-8018-5789-9
  • D. E. Wilson, D. M. Reeder: Mammal Species of the World. Johns Hopkins University Press, Baltimore 2005, ISBN 0-8018-8221-4