Şahin Balayev
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 7 gün əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Şahin Balayev | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Şahin Şakir oğlu Balayev |
Vətəndaşlığı | |
Doğum tarixi | 26 may 1982 (41 yaş) |
Doğum yeri | |
Təhsili | |
İdman növü | Karate |
Məşqçisi | Tanrıverdi Məmmədov ,Əhməd Hətəmov,Rafiq Əliyev,Ruhi Hüseynov |
Ağırlıq dərəcəsi | 100 kq |
5.09.2018 tarixində yenilənib. |
Şahin Şakir oğlu Balayev (26 may 1982, Qaraçanlı, Kəlbəcər rayonu) — Azərbaycanlı karateçi, beynəlxalq dərəcəli idman ustası
Həyatı[redaktə | mənbəni redaktə et]
Şahin Balayev 1982-ci ildə Kəlbəcər rayonunun, Qaraçanlı kəndində anadan olub.
1988-1999-cu illərdə Gəncə şəhəri 18 saylı tam orta məktəbdə təhsil alıb. 1999-cu ildə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 2003-cü ildə həmin universitetin məzunu olub.
2003-2004-cü illərdə Sərhəd Qoşunlarının Xüsusi Təyinatlı Çevik Hərəkət Bölüyündə hərbi xidmət keçib.
Evlidir, bir övladı var.
Hazırda Bakı şəhərində yaşayır və Zaferoğlu Mebel şirkətində rəhbər olaraq çalışır.
Fəaliyyəti[redaktə | mənbəni redaktə et]
İdmanın karate növü ilə məşğul olur. Bu növdə həm ölkədaxili yarışlarda, həm də beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atıb.
2013-cü ildə karatenin WKC növləri üzrə İtaliyada keçirilən Dünya Çempionatında fərdi kumite yarışlarında dünya çempionu, komanda hesabında isə dünya üçüncüsü olub.[1][2]
2014-cü ildə Karatenin WKC növləri üzrə Rusiyada keçirilən Avropa Çempionatında bürünc medal qazanıb. Həmin il Ukraynada keçirilən Şaolin döyüş növləri üzrə 2-ci Dünya Çempionatında çəkisi 85 kq-dan yuxarı olan idmançıların mübarizəsində qalib olub.
2015-ci ildə Moldovada keçirilən Karate üzrə Dünya Çempionatının da qalibi adını qazanıb.[3] 2016-cı ildə Ukraynada keçirilən Dünya Kubokunun qalibi olub.[4]
2018-ci ildə Ukraynada keçirilən dünya kubokunun qalibi olub.
3-cü dan qara kəmər sahibi və beynəlxalq dərəcəli idman ustasıdır.
Şahin Balayev 2021-ci ildən "Gəncə İş Adamları İctimai Birliyi"-nin İdarə Heyəti sədrinin I müavini-dir.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Jalə Rzabəyli. "Karateçilərimiz dünya çempionatından kubok və medallarla qayıdıblar" ( (az.)). olimpnews.az. 2013-12-05. 2018-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-05.
- ↑ Kəpəz TV. "İdmançılarımızın qarşılanma mərasimi olub" ( (az.)). YouTube. 2013-11-27. İstifadə tarixi: 2018-09-05.
- ↑ ARB. "Komandamız 6 qızıl, 4 gümüş medal qazanıb" ( (az.)). YouTube. 2015-11-28. İstifadə tarixi: 2018-09-05.
- ↑ "Azərbaycan karateçiləri Ukraynadan medallarla qayıtdılar" ( (az.)). 7news.az. 2016-05-12. 2018-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-05.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- İdman Azərbaycan TV. ""İdman sağlamlığın rəhnidir" verilişi" ( (az.)). YouTube. 2013-12-28. İstifadə tarixi: 2018-09-05.
- ARB. ""Fakt idman" verilişi" ( (az.)). YouTube. İstifadə tarixi: 2018-09-05.
- Şahin Balayevin Ukraynada keçirilən Dünya Kubokundakı döyüşü