Şahin Balayev

Şahin Şakir oğlu Balayev (26 may 1982, Qaraçanlı, Kəlbəcər rayonu) — Azərbaycanlı karateçi, beynəlxalq dərəcəli idman ustası

Şahin Balayev
Şəxsi məlumatlar
Tam adı Şahin Şakir oğlu Balayev
Vətəndaşlığı
Doğum tarixi 26 may 1982(1982-05-26) (41 yaş)
Doğum yeri
Təhsili
İdman növü Karate
Məşqçisi Tanrıverdi Məmmədov
Ağırlıq dərəcəsi 85 kq
5.09.2018 tarixində yenilənib.

Həyatı[redaktə | mənbəni redaktə et]

Şahin Balayev 1982-ci ildə Kəlbəcər rayonunun, Qaraçanlı kəndində anadan olub.

1988-1999-cu illərdə Gəncə şəhəri 18 saylı tam orta məktəbdə təhsil alıb. 1999-cu ildə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 2003-cü ildə həmin universitetin məzunu olub.

2003-2004-cü illərdə Sərhəd Qoşunlarının Xüsusi Təyinatlı Çevik Hərəkət Bölüyündə hərbi xidmət keçib.

Evlidir, bir övladı var.

Hazırda Bakı şəhərində yaşayır və Zaferoğlu Mebel şirkətində rəhbər olaraq çalışır.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İdmanın karate növü ilə məşğul olur. Bu növdə həm ölkədaxili yarışlarda, həm də beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atıb.

2013-cü ildə karatenin WKC növləri üzrə İtaliyada keçirilən Dünya Çempionatında fərdi kumite yarışlarında dünya çempionu, komanda hesabında isə dünya üçüncüsü olub.[1][2]

2014-cü ildə Karatenin WKC növləri üzrə Rusiyada keçirilən Avropa Çempionatında bürünc medal qazanıb. Həmin il Ukraynada keçirilən Şaolin döyüş növləri üzrə 2-ci Dünya Çempionatında çəkisi 85 kq-dan yuxarı olan idmançıların mübarizəsində qalib olub.

2015-ci ildə Moldovada keçirilən Karate üzrə Dünya Çempionatının da qalibi adını qazanıb.[3] 2016-cı ildə Ukraynada keçirilən Dünya Kubokunun qalibi olub.[4]

2018-ci ildə Ukraynada keçirilən dünya kubokunun qalibi olub.

3-cü dan qara kəmər sahibi və beynəlxalq dərəcəli idman ustasıdır.

Şahin Balayev 2021-ci ildən "Gəncə İş Adamları İctimai Birliyi"-nin İdarə Heyəti sədrinin I müavini-dir.

Şəkillər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Jalə Rzabəyli. "Karateçilərimiz dünya çempionatından kubok və medallarla qayıdıblar" (az.)). olimpnews.az. 2013-12-05. 2018-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-05.
  2. Kəpəz TV. "İdmançılarımızın qarşılanma mərasimi olub" (az.)). YouTube. 2013-11-27. İstifadə tarixi: 2018-09-05.
  3. ARB. "Komandamız 6 qızıl, 4 gümüş medal qazanıb" (az.)). YouTube. 2015-11-28. İstifadə tarixi: 2018-09-05.
  4. "Azərbaycan karateçiləri Ukraynadan medallarla qayıtdılar" (az.)). 7news.az. 2016-05-12. 2018-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-05.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]