Baş Qaraçanlı

Baş QaraçanlıAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Baş Qaraçanlı
40°04′00″ şm. e. 46°11′30″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Kəlbəcər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.759 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Baş Qaraçanlı xəritədə
Baş Qaraçanlı
Baş Qaraçanlı
Baş Qaraçanlı xəritədə
Baş Qaraçanlı
Baş Qaraçanlı

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.

Baş Qaraçanlı kəndi Uluxan çayının sahilində, dağətəyi ərazidədir. Etnotoponimdir. Baş türkmənşəli topoformant kimi umumtürk toponimiyasında mürəkkəb toponim yaradıcılığında geniş istifadə olunur. "Əsas", "birinci", "böyük", "ust", "yuxarı" mənalarını bildirir. Baş komponenti dağ, qaya zirvələrinin, çay, bulaq mənbələrinin adlandırılmasında istifadə olunur və Sibir, Cin, Orta Asiya, Qafqaz, Balkanlar, Kicik Asiya, Ukrayna, Volqaboyu, Rusiyanın Mərkəzi Qaratorpaq, Qazaxıstan, Azərbaycan və s. əhatə edən geniş Avrasiya regionunda təsadüf edilir. Konkret olaraq bu oykonim də "yuxarı" mənasına uyğundur.[2]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Baş Qaraçanlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.