Adi qarağat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Adi qarağat
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi qarağat (lat. Ribes uva-crispa) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü.

Təbii yayılması

Orta və Cənubi Avropa, Şimali Amerikada geniş yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 1 m olan koldur. Zoğları tikanlıdır. Tikanları 2,5 sm uzunluqda sadə və qısadır. Qaratikanları 3-5-7 bölümlü, nadir hallarda düyümlərdə və adətən düyümlər arasında yerləşir. Yarpaqları yumru, xırda, eni 3-5 sm, 3-5 dilimlidir. Çiçəkləri ikicinsli, oturaq, dəstə halında 3 çiçəklidir. Yumurtalığı çılpaq meyvə saplağına qədər uzanmış, meyvələrlə birlikdə qalır. Çiçəkyatağı zınqırov və silindr formalıdır. Ləçəkləri xaricdən tüklü, yaşılımtıl və ya qırmızımtıldır. Çiçəkləri 1-3 ədəd salxımlara yığılmışdır. Kasayarpaqları və çiçək tacının ləçəkləri 5 ədəd, erkəkcikləri 5, dişiciyi 2 bitişik meyvəyarpaqlı və aşağı yumurtalıqlıdır. May-iyun aylarında çiçəkləyir. Nadir hallarda tək çiçəklidir. Giləmeyvələri tüklü və ya çılpaq, pazvari, şar və ya enli ellips formalı olub, müxtəlif rəngdə - yaşılımtıl, sarı və ya tünd qırmızıdır, iyul-avqust aylarında yetişir.

Ekologiyası

Nəmişli, kölgəli meşələrdə bitir.

Azərbaycanda yayılması

Naxçıvan MR-da, Talış və Kəlbəcərdə qayalıq yerlərdə yayılmışdır.

İstifadəsi

Adi qarağat park və bağlarda canlı çəpərlər və bordyurların salınmasında, eləcə də qrup halında və tək-tək əkilmək üçün istifadə edilir. Giləmeyvələrində 5-8 % şəkər, üzvi turşular – limon, alma turşuları, pektin maddələr, azotlu birləşmələr (0,65%), boyayıcı maddə, mineral duzlar və vitaminlər (C-50mq%, A-0,1mq%) vardır. Azərbaycanda meşəlik və dağətəyi rayonlarda mədəni şəraitdə becərilə bilər.

Sinonimləri

  • Grossularia reclinata (L.) Mill.
  • Ribes grossularia L.
  • Ribes reclinatum L.

İstinadlar

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 201.

Həmçinin bax