Adil Şirin
Adil Şirin | |
---|---|
Adil Hümbət oğlu Şirinov | |
Doğum tarixi | |
Doğum yeri | Ərikli Laçın rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Hümbət |
Fəaliyyəti | şair |
Adil Şirin (1 iyul 1955, Ərikli, Laçın rayonu) — şair.
Həyatı[redaktə | mənbəni redaktə et]
Adil Şirinov 1 iyul 1955-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub.
Xankəndi Pedaqoji İnstitutunun filologiya fakultəsinin məzunudur.
Adil Şirin bir neçə şeirlər kitabının müəllifidir. 1978–1984 illərdə Laçın rayonunda müəllimlik etmişdir. 1985-ci ildən Bakı şəhərində yaşayan Adil Şirin bir çox qəzet və jurnallarıda müxtəlif vəzifələrdə işləmişdir. 1985-ci ildən Azərbaycan Dövlət radiosunda "İctimai Həyat" proqramları redaksiyasında işə başlamışdır. 1986-cı ildə "Sovet kəndi" qəzetində işləməyə göndərilən şair, müxbirlikdən şöbə müdiriyinə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1990-cı ildə "Vətən Cəmiyyəti"ndə işə başlamış, 1992-ci ildə "Ədalət" qəzetində şöbə müdirliyi etmiş, eyni ilin sonunda isə könüllü olaraq yeni qurulan Azərbaycan Ordusuna qatılaraq Qarabağda döyüşmək üçün cəbhəyə getmişdir. Daha sonra Müdafiə Nazirliyində "Döyüş Texnikaları" jurnalını çıxarmağa başlamış, 2002-ci ilə qədər həmin jurnalın baş redaktoru vəzifəsində çalışmışdır. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri doktorudur. 2013-cü ildə Adil Şirin haqqında İbrahim Quliyev "Dua kimi oxunan şeirlər" kitabını yazmışdır. Evlidir, 2 övladı var.
Yaradıcılığı[redaktə | mənbəni redaktə et]
1972-ci ildən şairlik həyatına başlayan Adil Şirinin 9 kitabı nəşr edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvüdür. Əsərləri müxtəlif dillərə tərcümə olunaraq Türkiyədə, Rusiyada, və Ukraynada kitabları çap olunmuşdur.
Mükafatları[redaktə | mənbəni redaktə et]
Adil Şirin "Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı" və Beynəlxalq Nazim Hikmət Şeir Mükafatının laureatıdır.
2008-ci ildə "İlin Mədəniyyət Adamı" seçilərək "Beynəlxalq Qızıl Ulduz Medalı"na layiq görülmüşdür.
2009-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən "A. S. Puşkin qızıl medalı" ilə təltif edilmişdir.
Kitabları[redaktə | mənbəni redaktə et]
- "Ağ günlər, ağ çiçəklər" — Bakı 1985.
- "Nur Üzlü" — Bakı 1990.
- "Dolunay" — İstanbul 2005.
- "Könlüm durna köçündə" — Ankara 2009.
- "Bədirlənmiş ay" — Bakı 2007.
- "Laçin şikəstəsi " — Bakı 2008.
- "Лунные воспоминания" — Kiev 2009.
- "Полнолуние" — Moskva 2009.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- Adil Şirin-55 [ölü keçid]
- Adil Şirin Arxivləşdirilib 2011-12-19 at the Wayback Machine
Mənbə[redaktə | mənbəni redaktə et]
- [1] Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- "Laçın yurdu" jurnalı, № 1(1), 2011, Bakı, "Elm və təhsil", 2011.
- https://archive.today/20131127202504/http://www.hikayeler.net/yazilar/yazi-yazici.asp?id=162349