Elektron Təhlükəsizlik Mərkəzi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Elektron Təhlükəsizlik Mərkəzi
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi
Ümumi məlumatlar
Yaradılma tarixi 26 sentyabr 2012
Ləğv edilib 5 mart 2013
Sonrakı Elektron Təhlükəsizlik Xidməti
Tabelik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Baş qərargah Bakı, Azərbaycan
Ünvan Droqal döngəsi 702, Bakı
Rəhbərlik
Rəis Samir Rəsulov[1]

Rəsmi saytı cert.az

Elektron Təhlükəsizlik Mərkəzi (digər adı ilə CERT. AZ / az. ETX, en. Cyber Security Service) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən dövlət orqanıdır.[2] 5-ci hissəsinə əsasən yaradılmışdır. Mərkəz - kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən yaradılıb.[4] "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Mərkəz Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti kimi Nazirliyin strukturuna daxil edilib.[5]

Fəaliyyət istiqamətləri[redaktə | mənbəni redaktə et]

  • kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin fəaliyyətini koordinasiya edir;
  • informasiya sistemlərinin və şəbəkələrinin, kompüter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz müdaxilələr, ziyanverici proqramlar (bundan sonra – elektron təhlükələr) barədə istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplayır və təhlil edir;
  • mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir, kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsini təmin edir;
  • elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə təlimatlar hazırlayır, onlara tövsiyələr verir, metodiki dəstəyin göstərilməsini təmin edir;
  • ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədilə milli internet operatoru ilə birlikdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirir;
  • kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Elektron Təhlükəsizlik Xidmətinə - RƏİS TƏYİN EDİLİB". FED.az (az.). 22 fevral 2023. 26 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2023.
  2. "Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanı". 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-19.
  3. "Elektron Təhlükəsizlik Xidməti haqqında". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  4. ""İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2012-ci il tarixli Fərmanı". 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  5. ""Elektron Təhlükəsizlik Xidməti" tarixçəsi". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  6. "ETX fəaliyyət istiqamətləri". 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.


Xarici keçidlər[redaktə | mənbəni redaktə et]