Elman Cəfərli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Elman Cəfərli
Elman Niyazil oğlu Cəfərli
Doğum tarixi 16 iyul 1975(1975-07-16) (48 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti jurnalist
Üzvlüyü

Elman Cəfərli (tam adı: Cəfərli Elman Niyazil oğlu; 16 iyul 1975, Quzanlı, Ağdam rayonu) — jurnalist, "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Elman Cəfərli 16 iyul 1975-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub.

1982-1992-ci illərdə orta təhsil, 1992-1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil alıb.

1997-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub.

1998-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydəAzərbaycan Müəllimlər İnstitutunda müəllim işləyib.

Mətbuatda fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1999-cu ildən Azərbaycan mətbuatında yazılarla çıxış edir. 2000-ci ildə "Haqq yolu" qəzetində müxbir işləyib. 2001-2015-ci illərdə "Olaylar" qəzetində müxbir, həmçinin 2007-ci ildən həmin qəzetdə redaktor vəzifəsində çalışıb.

2015-2021-ci illərdə "Cümhuriyət" qəzetinin redaktoru olub. Yazıları "Olaylar", "Cümhuriyət", "Türküstan" qəzetlərində, www.karabakhinfo.com beynəlxalq elektron jurnalında, modern.az, cebhe.info saytlarında yayımlanıb.

15 mart 2021-cil tarixindən 20 iyun 2023-cü il tarixinədək Güney Azərbaycan Televiziyasında (Günaz.TV) redaktor vəzifəsində işləyib.

Hazırda "Dendrologiya Bağ" Publik Hüquqi Şəxsin (PHŞ) informasiya təminatı üzrə aparıcı məsləhətçisi vəzifəsində çalışır.

Azərbaycan Jurnalistlər Birliyinin və Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin (CASCFEN) üzvüdür.

Milli Azadlıq Hərəkatının (1988-1994) liderlərindən biri, Bakı və Kəndlər Birliyinin qurucularından biri və ilk rəhbəri Nəsir Ağayevdən bəhs edən "Nəsillərə örnək həyat yolu" kitabının müəllifidir.

Bəxtiyar Tuncayın "Qafqaz albanlarının dili və ədəbiyyyatı", Aqşin Cəfərovun "Cızma ağ" kitablarının redaktorudur.

QHT sektorunda[redaktə | mənbəni redaktə et]

2009-cu ildən müxtəlif qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi layihələrdə yaxından iştirak etmişdir:

  • 2005-ci il, may-sentyabr. "Milli - mənəvi dəyərlərin qorunması və inkişafı" lahihəsi, koordinator.
  • 2009-cu il aprel-avqust. "İnsan alverinə qarşı mübarizədə ümumimilli maarifləndirmə" layihəsi, koordinator.
  • 2010-cu il, aprel-avqust. "İnfeksion xəstəliklərlə mübarızədə əhalinin sanitar-gigiyenik savadlandırma və maarıfləndirmə işi" layihəsi, direktor.
  • 2011-ci il, aprel-avqust. "Azərbaycan torpaqlarına erməni iddialarının gerçək tarixi faktların əks etdirən təkzibedilməz dəlillərlə ifşası" layihəsinin rəhbəri.
  • 2012-ci il, aprel-avqust. "Sosial tədqiqatlar yolu ilə əhalinin reklama münasibətinin öyrənilməsi" layihəsinin rəhbəri.
  • 2013-cü il, aprel-iyul. "Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin təşkili" layihəsinin rəhbəri.
  • 2015-ci il, may-avqust. "İslam dinində parçalanma yaratmağa çalışan dini təriqətlərə qarşı mübarizə tədbirlərinin təşkili" layihəsinin koordinatoru.
  • 2020-ci il 20 sentyabr-20 noyabr. "Yay mövsümündə zəhərlənmə yaradan qida məhsulları ilə bağlı əhalinin maarifləndirilməsi" layihəsinin rəhbəri.
  • 2019-cu ilin 3 sentyabrından "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi İdarə Heyətinin sədridir.
  • 2022-ci il 1 sentyabr-30 noyabr. “Cəmiyyətdə ekoloji tərbiyənin formalaşdırılması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin rəhbəri
  • 2023-cü il 1 iyul-30 sentyabr. "Urmiya gölünü xilas et: ekoloji fəlakət qapıda" layihəsinin rəhbəri.
  • Məktəblilərdə ekoloji tərbiyənin formalaşdırılması məqsədilə maarifləndirmə xarakterli “Meşələr həyat mənbəyimizdir”, "“Təbiətin sanitarlar”nı qoruyaq”,  “Quşlar bizim dostumuzdur”, “Ətrafı təmiz saxlayaq, dünyamızı gözəllədirək”,  “Ağaclar nəfəsimizdir” adlı video-kitabların senari müəllifidir.
  • Sözügedən layihə çərşivəsində çəkilmiş "Dar ağacında buxarlanan Urmu gölü" adlı sənədli filmin layihə rəhbəri və senari müəllifidir.[1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 1321 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Dar ağacında buxarlanan Urmu gölü-Sənədli film". www.msr.az (ingilis). 2023-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-20.
  2. "Kütləvi informasiya vasitələri əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında" Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 1321 nömrəli Sərəncamı  (az.)