Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.(sentyabr 2024)
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.(sentyabr 2024)
1999-cu ildən Azərbaycan mətbuatında yazılarla çıxış edir. 2000-ci ildə "Haqq yolu" qəzetində müxbir işləyib. 2001-2015-ci illərdə "Olaylar" qəzetində müxbir, həmçinin 2007-ci ildən həmin qəzetdə redaktor vəzifəsində çalışıb.
2015-2021-ci illərdə "Cümhuriyət" qəzetinin redaktoru olub. Yazıları "Olaylar", "Cümhuriyət", "Türküstan" qəzetlərində, www.karabakhinfo.com beynəlxalq elektron jurnalında, modern.az, cebhe.info saytlarında yayımlanıb.
15 mart 2021-cil tarixindən 20 iyun 2023-cü il tarixinədək Güney Azərbaycan Televiziyasında (Günaz.TV) redaktor vəzifəsində işləyib.
Hazırda "Dendrologiya Bağ" Publik Hüquqi Şəxsin (PHŞ) informasiya təminatı üzrə aparıcı məsləhətçisi vəzifəsində çalışır.
Milli Azadlıq Hərəkatının (1988-1994) liderlərindən biri, Bakı və Kəndlər Birliyinin qurucularından biri və ilk rəhbəri Nəsir Ağayevdən bəhs edən "Nəsillərə örnək həyat yolu" kitabının müəllifidir.
Bəxtiyar Tuncayın "Qafqaz albanlarının dili və ədəbiyyyatı", Aqşin Cəfərovun "Cızma ağ" kitablarının redaktorudur.
2009-cu ildən müxtəlif qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi layihələrdə yaxından iştirak etmişdir:
2005-ci il, may-sentyabr. "Milli - mənəvi dəyərlərin qorunması və inkişafı" lahihəsi, koordinator.
2009-cu il aprel-avqust. "İnsan alverinə qarşı mübarizədə ümumimilli maarifləndirmə" layihəsi, koordinator.
2010-cu il, aprel-avqust. "İnfeksion xəstəliklərlə mübarızədə əhalinin sanitar-gigiyenik savadlandırma və maarıfləndirmə işi" layihəsi, direktor.
2011-ci il, aprel-avqust. "Azərbaycan torpaqlarına erməni iddialarının gerçək tarixi faktların əks etdirən təkzibedilməz dəlillərlə ifşası" layihəsinin rəhbəri.
2012-ci il, aprel-avqust. "Sosial tədqiqatlar yolu ilə əhalinin reklama münasibətinin öyrənilməsi" layihəsinin rəhbəri.
2013-cü il, aprel-iyul. "Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin təşkili" layihəsinin rəhbəri.
2015-ci il, may-avqust. "İslam dinində parçalanma yaratmağa çalışan dini təriqətlərə qarşı mübarizə tədbirlərinin təşkili" layihəsinin koordinatoru.
2020-ci il 20 sentyabr-20 noyabr. "Yay mövsümündə zəhərlənmə yaradan qida məhsulları ilə bağlı əhalinin maarifləndirilməsi" layihəsinin rəhbəri.
2019-cu ilin 3 sentyabrından "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi İdarə Heyətinin sədridir.
2022-ci il 1 sentyabr-30 noyabr. “Cəmiyyətdə ekoloji tərbiyənin formalaşdırılması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin rəhbəri
2023-cü il 1 iyul-30 sentyabr. "Urmiya gölünü xilas et: ekoloji fəlakət qapıda" layihəsinin rəhbəri.
Məktəblilərdə ekoloji tərbiyənin formalaşdırılması məqsədilə maarifləndirmə xarakterli “Meşələr həyat mənbəyimizdir”, "“Təbiətin sanitarlar”nı qoruyaq”, “Quşlar bizim dostumuzdur”, “Ətrafı təmiz saxlayaq, dünyamızı gözəllədirək”, “Ağaclar nəfəsimizdir” adlı video-kitabların senari müəllifidir.
Sözügedən layihə çərşivəsində çəkilmiş "Dar ağacında buxarlanan Urmu gölü" adlı sənədli filmin layihə rəhbəri və senari müəllifidir.[1]