Frenk Lempardın İngiltərə milli komandasında çıxışı
Frenk Lempardın İngiltərə milli komandasında debütü 1997-ci ildə U-21 yaşlı İngiltərə milli komandasında Yunanıstan millisinə qarşı olmuşdur. O, U-21-in tərkibində 1997-ci ilin noyabr ayından 2001-ci ilin iyun ayınadək 19 matçda meydana çıxdı və 9 qola imza atdı. Daha sonra isə 1998-ci ilin fevral ayında 1 matçda İngiltərə B komandasının tərkibində Çili yığmasına qarşı oyun keçirdi və matç ev sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatdı.
Lempard İngiltərə milli futbol komandasının tərkibində ilk matçına 1999-cu ildə yoldaşlıq oyunu çərçivəsində Belçika yığmasına qarşı keçirilən matçda çıxdı və millinin tərkibində ilk qolunu 2003-cü ildə Xorvatiya millisinə qarşı vurdu. Bu matçın yekununda İngiltərə yığması 3-1 hesablı qələbəyə sevinmişdir. Lempard İngiltərə milli futbol komandasının tərkibində 2013-cü ildə Ukrayna millisinə qarşı oynadığı görüşdə millinin heyətində 100 oyunluq səddi keçmiş səkkizinci futbolçu adını qazandı.
Avro 2004[redaktə | mənbəni redaktə et]
O, UEFA Avro 2000 və 2002 FİFA Dünya Kuboku turnirlərində milli komandanın tərkibinə salınmamışdır və UEFA Avro 2004-də iştirak edə bilmək üçün imkan gözləyirdi. Lempardın çıxış etdiyi İngiltərə yığması turnirin 1/4 final mərhələsinə kimi gəldi və o, bura qədər artıq 3 dəfə fərqlənə bilmişdir. O, qrup oyunlarında Fransa və Xorvatiya milli komandalarının qapısından topu keçirmiş və 1/4 final mərhələsinin görüşü çərçivəsində Portuqaliya yığmasına qarşı oynanılan matçın 112-ci dəqiqəsində turnirdə özünün üçüncü qoluna imza atmaqla matçda hesabı 2-2 etmiş lakin penaltilər seriyasında İngiltərə millisi məğlub olmuşdur. Turnirin sonunda isə o UEFA-nın tərtib etdiyi ilk onbirlikdə yer almışdır.[1]
Avro 2004 sonrası[redaktə | mənbəni redaktə et]
Pol Skolz yığmada çıxışını başa vurduğunu elan etdikdən sonra Lempard komandanın daimi oyunçularından biri oldu. Nəticədə 2004 və 2005-ci illərdə o, azərkeşlər tərəfindən İngiltərədə ilin futbolçusu seçilmişdir.[2] 2006-cı il FİFA Dünya Kuboku təsnifat mərhələsində Lempard 5 qol ilə millinin bombardiri oldu.
2006 Dünya Kuboku[redaktə | mənbəni redaktə et]
Turnirdə ilk rəqibləri olan Paraqvay üzərində 1-0 hesablı qələbə qazanmış İngiltərə yığmasının tərkibindən Frenk Lempard matçın adamı seçildi.[3] Turnirin bütün matçlarında forma geyməsinə rəğmən Lempard turniri qolsuz başa vurdu və 1/4 final mərhələsinin görüşü çərçivəsində Portuqaliya yığmasına qarşı keçirilən penaltilər seriyasında İngiltərə millisi məğlub oldu.[4]
2007–09[redaktə | mənbəni redaktə et]
2007-ci ildə Almaniya millisinə qarşı keçirilən yoldaşlıq matçında o, qol vursa da yekunda İngiltərə yığması 2-1 hesabı ilə məğlub oldu.[5] 2007-ci ilin oktyabrın 13-də Avro 2008-in təsnifat mərhələsi çərçivəsində Estoniya millisinə qarşı matçın ikinci hissəsində oyuna daxil olarkən ingilis azərkeşlər onu fitə basmışdı.[6] Lempard İngiltərə millisinin 500-cü qoluna Uembli stadionunda keçirilən matçda imza atdı. 2009-cu ilin sentyabrında Lempard Xorvatiya millisinə qarşı keçirilən matçda iki dəfə fərqlənərək yekunda ingilislər 5-1 hesabı ilə qələbə qazandı və 2010 FİFA Dünya Kubokuna qaıtlmaq üçün yerini möhkəmləndirdi.[7]
2010 Dünya Kuboku[redaktə | mənbəni redaktə et]
1/16 final mərhələsində Almaniya seçməsinə qarşı keçirilən oyunda Lempard birinci hissədə fərqlənsədə hakimlər topun qatı xəttini keçmədiyinə işarə etdi. Hətta Tv kanallarda epizod dəfələrlə nümayiş etdirilərkən topun qapı xəttini açıq-aşkar keçdiyi görünürdü. Əgər bu top hesaba alınsaydı matçda hesab 2-2 olacaqdı. Baxmayaraq ki, baş hakim və yan xətt hakimi epizodun qol olduğunu gördü amma oyuna davam etdirdilər. Yekunda isə matç Almaniya millisinin 4-1 hesablı qələbəsi ilə başa çatdı və ingilislər turnirlə vidalaşdı.[8]
İngiltərə millisinin yarışı dəyandırmasından sonra Lempard 1966-cı ildən bəri qapıya doğru 37 zərbə vurmasına rəğmən qol hesabını açmayan futbolçu rekorduna sahib olmuşdur.[9]
Avro 2012[redaktə | mənbəni redaktə et]
2011-ci ilin fevralın 8-də Danimarka millisinə qarşı keçiriləcək yoldaşlıq matçında Stiven Cerrard və Rio Ferdinandın zədə səbəbiylə oynaya bilməyəcəyindən Lempardın kapitanlıq sarğısını daşıyacağı bəyan edildi.[10] Avro 2012 təsnifat mərhələsində Lempard 2 qola imza atdı. Bunların birincisi Uels millisinə qarşı ikincisi isə İsveçrə milli futbol komandasına qarşı keçirilən matçda qeydə alınmışdır.[11][12] Hər iki qolu o, penalti zərbəsindən vurmuşdur. Bu oyunlardan sonra o, İngiltərə yığmasında penalti zərbələrindən ən çox qol vurmuş oyunçu adını qazandı. 2011-ci ilin noyabrında Lempard İspaniya millisinə qarşı keçirilmiş növbəti yoldaşlıq matçındada kapitanlıq sarğısını daşıyırdı və oyunun yekununda məhz onun vurduğu qol ilə İngiltərə 1-0 hesablı qələbə qazandı.[13]
2012-ci ilin avqust ayında baş məşqçi Roy Hocson İngiltərənin İtaliya millisinə qarşı keçirəcəyi növbəti yoldaşlıq matçında Lempardın kapitanlıq sarğısını daşıyacağını bəyan etdi və bu görüş ingilislərin 2-1 hesablı qələbəsi ilə başa çatdı.[14]
2014 FİFA Dünya Kuboku təsnifat mərhələsi[redaktə | mənbəni redaktə et]
Lempard təsnifat mərhələsinin ilk oyununda Moldova millisinə qarşı keçirdiyi matçda milli komandada özünün 24-cü və 25-ci qollarını vurdu və yekunda İngiltərə millisi 5-0 hesablı qələbəyə sevindi. Onun ilk qolu İngiltərənin 100-cü penalti qolu idi.
Lempard 26-cı beynəlxalq qoluna Ukrayna komandasına keçirilən matçda vurdu və beləliklə qolların sayını Brayn Robson ilə bərabərləşdirdi.[15]
Martın 22-də o San-Marinoya qarşı görüşdə 28-ci qoluna imza ataraq Devid Platı keçdi və İngiltərə millisinin ən məhsuldar yarımmüdafiəçisi adını qazandı.[16]
2014 FİFA Dünya Kuboku[redaktə | mənbəni redaktə et]
2014-cü ilin mayın 12-də Lempard dünya çempionatına aparılacaq 23 nəfərlik heyətə daxil edildi [17] və 1 həftə sonra vitse-kapitan olacağı elan edildi.[18] İyunun 24-də Kosta Rika millisinə qarşı oynanılan qrupun son matçında o, kapitanlıq sarğısını daşıyırdı və görüş 0-0 habı ilə başa çatdı.[19]
Millidən gediş[redaktə | mənbəni redaktə et]
2014-cu ilin avqustun 26-da Lempard milli karyerasını başa vurduğunu açıqladı. Beləliklə o, 106 matçda millinin formasını geyindi və 29 dəfə fərqlənə bildi.[20][21]
Beynəlxalq qollar[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Chris Hatherall. "Four All-Star Lions". The Football Association. 5 July 2004. 4 April 2005 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 April 2007.
- ↑ "And the winner is." The Football Association. 20 January 2005. 8 May 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 May 2014.
- ↑ McNulty, Phil. "England 1–0 Paraguay". BBC News. 10 June 2006. 11 April 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2017.
- ↑ "Frank Lampard". ESPNsoccernet. 14 June 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 December 2006.
- ↑ McKenzie, Andrew. "England 1–2 Germany". BBC News. 22 August 2007. 19 June 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2017.
- ↑ "Barnes angered by Lampard booing". BBC Sport. 14 October 2007. 16 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2007.
- ↑ England 5 1 Croatia England recreate Magic of Munich Arxivləşdirilib 2009-09-12 at the Wayback Machine goal.com
- ↑ Garside, Kevin. "England v Germany: Frank Lampard's disallowed goal highlights stupidity of Fifa". The Daily Telegraph. London. 27 June 2010. 30 June 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 July 2017.
- ↑ Rogers, Simon. "England v Germany: match statistics". The Guardian. London. 27 June 2010. 1 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2017.
- ↑ "Frank Lampard to captain England against Denmark". BBC Sport. 8 February 2011. 28 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 February 2011.
- ↑ (por.) País de Gales vs Inglaterra Escalações e Estatísticas Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine. Goal.
- ↑ "England 2–2 Switzerland". BBC News. 4 June 2011. 24 June 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2017.
- ↑ (por.) www.goal.com Arxivləşdirilib 2013-09-03 at the Wayback Machine. www.goal.com (27 September 2012).
- ↑ "Lampard handed England armband". ESPNSoccerent. 14 August 2012. 19 August 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 July 2017.
- ↑ McNulty, Phil. (11 September 2012) England 1–1 Ukraine Arxivləşdirilib 2016-01-07 at the Wayback Machine. BBC Sport.
- ↑ "San Marino 0–8 England player ratings". Daily Mirror. London. 22 March 2013. 29 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2017.
- ↑ "World Cup 2014: England name Ross Barkley in squad". BBC Sport. 12 May 2014. 7 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2014.
- ↑ "Frank Lampard: England midfielder named vice-captain". BBC Sport. 18 May 2014. 25 July 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 August 2014.
- ↑ "England's World Cup ended without even the scant consolation of a victory as they played out a tame draw with Costa Rica in Belo Horizonte". BBC Sport. 24 June 2014. 26 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2014.
- ↑ "Frank Lampard retires from duty after 106 caps". BBC Sport. 26 August 2014. 7 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 August 2014.
- ↑ "Frank Lampard announces retirement from international football after 106 caps and 29 goals for England". Daily Mail. London. 26 August 2014. 26 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 August 2014.