Hiey dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hiey dağı
比叡山
Ümumi məlumatlar
Mütləq hündürlüyü 848,1 m
Yerləşməsi
35°04′00″ şm. e. 135°50′18″ ş. u.
Ölkə
Hiey dağı xəritədə
Hiey dağı
Hiey dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Hiei dağının relyef xəritəsi

Hiei Dağı (yap. 比叡山) — Yaponiyada, Kioto şəhərinin şimal-şərqində, KiotoŞiqa prefekturalarının sərhəddində dağ. Dağ Biva gölününOtsu şəhərinin üzərində yerləşir.

VII-ci əsrin sonlarında burada Tenday məktəbinin YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil olan Enryakuji məbədi qurulmuşdu. O vaxtdan ölkənin dini mərkəzlərindən biri sayılır.

Dağda Botanika bağı və istirahət parkı, zirvənin yaxınlığında isə Enryaku-ji adlı böyük Buddist monastırı var. Dağın ətəyində Şinto ziyarətgahı Hiyoşi-taişa və böyük Buddist monastırı Mii-dera[1] yerləşir. Enryaku-ji bu günə qədər Tenday məktəbinin mərkəzidir.[2]

Burada daha kiçik məbədlər və ziyarətgahlar da var.

Kanat yolu[redaktə | mənbəni redaktə et]

Dağa hər iki tərəfdən - Otsu şəhərindən (Sakamoto) Enryaku-ji monastırına və Kioto prefekturasındakı dağlardan zirvəyə və botanika bağına qədər funikulyor qalxır. Bu uzunluğu 2 km. olan, Yaponiyada ən uzun kanat yoludur.[3]

Folklorda[redaktə | mənbəni redaktə et]

Hiei dağı əsrlər boyu bir çox xalq nağıllarında yer alıb. Əvvəlcə burada Şinto dininin tanrılarının yaşadığına inanılırdı.

Qədim paytaxt Kiotodan şimal-şərqdə yerləşdiyinə görə, qədim Geomantika təcrübələrində paytaxta mənfi təsirlərə qarşı qoruyucu bir dayaq olduğu düşünülürdü.[2]

Görkəmli yerləri[redaktə | mənbəni redaktə et]

Qeyri-adi olaraq, fransız temalı bir sıra tikililər də var. Zirvənin özündə bağlar və fransız rəsmlərini əks etdirən, fransız impressionizmindən bəhs edən Hiey Bağ Muzeyi, həmçinin fransız temalı otel "L'hotel de" Hiei" (The Hiei Hotel) var. Dağda gündüzlər insan çoxlugu olur, lakin axşamlar işıqlandırma nümayişləri və ətraf şəhərlərin gecə mənzərəsini görmək üçün ziyarətçilər gəlir.

Girişi[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2024-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
  2. 1 2 "Arxivlənmiş surət". 2024-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
  3. "Arxivlənmiş surət". 2024-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.