Kol qızılağacı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Kol qızılağacı
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Alnus alnobetula subsp. fruticosa Raus, 2011

Kol qızılağacı (lat. Alnus alnobetula subsp. fruticosa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinin yaşıl qızılağac növünə aid bitki yarımnövü.

Çində, Yaponiyada, Rusiyada, QərbiŞərqi Sibirdə, Uzaq Şərqdə geniş yayılmışdır. Azərbaycanda isə Lənkəran, Masallı, Zaqatala rayonlarında rast gəlinir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1–3 m olan koldur. Qabığı tünd-boz,zoğları qırmızı-qonur,sarımtıl pulcuqlarla örtülmüşdür; yarpaqların uzunluğu 10 sm-dək, yumurtavari; dişli, üstü parlaq, tünd-yaşıl, çılpaq, alt tərəfi daha açıq, ətirli və yapışqanlıdır. Digər növlərdən fərqli olaraq yarpaqları açıldıqda, eyni vaxtda çiçəkləyir. Erkək çiçəkləri üç, bəzən bir ədəd qalxanvari genəlmiş,sırğanın oxunda spiralvari çiçək saplaqlarında oturur; çiçəkyanlığı sadə, əsasən dördyarpaqlı və ya dörd yerə bölünmüşdür; 4 erkəkciyi qısa saplı, iri, ikiyuvalı tozcuqludur. Dişi çiçəkləri ətli pulcuqların qoltuqlarında oturur, onların meyvələri yetişdiyi vaxt oduncaqlaşır. May ayının axırı-iyun ayının əvvəlində çiçəkləyir. Meyvələri payız aylarında yetişir, hamar və ensiz qanadcıqla əhatə olunmuş tünd-qonur rəngdə birtoxumlu qozalardır.

Nəmişliyə tələbkar olan bu bitki tezböyüyən, kölgəyə və şaxtaya davamlıdır. Meşələrdə,çayətrafı qumluqlarda, çınqıllı yamaclarda bitir.

Yarpaqlarında efir yağları,qatranlar,flavonoidlər və askorbin turşusu vardır.Bir çox xəstəliklərin müalicəsində istifadə edilir