Lalə Kərimova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Lalə İslam qızı Kərimova-Təllayeva
özb. Лола Ислом қиз Каримова-Телляева, Lola Islom qiz Karimova-Tellyayeva
Doğum tarixi (45 yaş)
Doğum yeri Daşkənd, Özbəkistan SSR
Uşaqları qızı Məryəm, oğlu Umar, qızı Səfiyə
Atası İslam Kərimov
Təhsili
  • Özbəkistan Milli Universiteti[d]
Fəaliyyəti diplomat
lolakarimova.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lalə İslam qızı Kərimova-Təllayeva (özb. Лола Ислом қиз Каримова-Телляева, Lola Islom qiz Karimova-Tellyayeva) — Özbəkistanın YUNESKO-dakı daimi nümayəndəsi,[1] diplomat, Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun kiçik qızı, ölkəsində xeyriyyə işləri, mədəniyyət və idmana dəstəyi ilə tanınır.

Təhsili

Daşkənt Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində beynəlxalq hüquq üzrə magistr dərəsəbini, sonra isə Daşkənt Dövlət Universitetində dussertasiya müdafiə edərək psixologiya elmlər namizədi elmi dərəcəsi alıb.

Həyatı

Lalə Kərimova 1978-ci ildə iyulun 3-də Daşkənddə anadan olub.

İki dəfə ailə həyatı qurub. Həyat yoldaşı Timur Tilyayev biznesmen, Harvard universitetinin məzunudur. Üç uşağı var: qızı Məryəm, oğlu Umar və qızı Səfiyə.

Fəaliyyəti

O, Özbəkistanda iki iri xeyriyyə təşkilatının təsisçisidir. "Sən tək deyilsən" (özb. Sen Yolgiz Emassan) yetim, əlil uşaqlara dəstək üçün yaradılıb.

İstinadlar

  1. "Uzbekistan | United Nations Educational, Scientific and Cultural Organization". 2019-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-11.

Xarici keçidlər