Lalə İslamovna Kərimova-Tillayeva (özb. Lola Islomovna Karimova-Tillaeva) — Özbəkistanın UNESCO-dakı daimi nümayəndəsi,[1] diplomat, Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun kiçik qızı, ölkəsində xeyriyyə işləri, mədəniyyət və idmana dəstəyi ilə tanınır.
Lalə Kərimova-Tillayeva | |
---|---|
özb. Lola Karimova-Tillyaeva | |
Doğum tarixi | |
Doğum yeri | Daşkənd, Özbəkistan SSR, SSRİ |
Həyat yoldaşı | Timur Tillayev |
Uşaqları |
Məryəm, Ömər, Səfiyə |
Atası | İslam Kərimov |
Anası | Tatyana Kərimova |
Təhsili |
Özbəkistan Milli Universitet, Harvard Universiteti |
Fəaliyyəti | diplomat |
lolakarimova.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Daşkənt Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində beynəlxalq hüquq üzrə magistr dərəsəbini, sonra isə Daşkənt Dövlət Universitetində dussertasiya müdafiə edərək psixologiya elmlər namizədi elmi dərəcəsi alıb.
Lalə Kərimova 1978-ci ildə iyulun 3-də Daşkənddə anadan olub.
İki dəfə ailə həyatı qurub. Həyat yoldaşı Timur Tillayev biznesmen, Harvard universitetinin məzunudur. Üç uşağı var: qızı Məryəm, oğlu Ömər və qızı Səfiyə.
O, Özbəkistanda iki iri xeyriyyə təşkilatının təsisçisidir. "Sən tək deyilsən" (özb. Sen Yolgiz Emassan) yetim, əlil uşaqlara dəstək üçün yaradılıb.