Praqa (tort)
Praqa tortu | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Rusiya mətbəxi, Sovet mətbəxi | |
Mənşəyi | |
Təfərrüatları | |
Tipi | Tort |
Praqa — xüsusilə də, SSRİ dövründə Rusiya və digər postsovet ölkələrində məşhur olan şokoladlı tort.
Tarixi[redaktə | mənbəni redaktə et]
Bu tortun adı Praqa olduğundan çoxumuz elə bilirik ki, Çexiya mətbəxinə aiddir. Lakin, "Praqa" tortunun Praqaya heç aidiyyatı yox imiş. Tortun müəllifi “Quş südü” kimi onlarla məşhur sovet reseptlərinin yaradıcısı olan rus kulinarı Vladimir Quralnikdir.
Hazırlanması[redaktə | mənbəni redaktə et]
Ərzaqlar[redaktə | mənbəni redaktə et]
Krem üçün:[redaktə | mənbəni redaktə et]
- Kərə yağı – 200 qr.
- Qatılaşdırılmış süd – 0,5 banka
- Kakao – 1 x.q.
Qlazur üçün ərzaqlar:[redaktə | mənbəni redaktə et]
- Kərə yağı – 50 qr.
- Şəkər tozu – 4 x.q.
- Süd – 3 x.q.
- Kakao – 1 x.q.
Biskvit üçün ərzaqlar:[redaktə | mənbəni redaktə et]
- Yumurta – 3 ədəd
- Şəkər tozu – 1 st.
- Qatılaşdırılmış süd – 0,5 st.
- Xama – 1 st.
- Soda – 1 ç.q.
- Un – 1.5 st.
- Kakao – 2 x.q.
Hazırlanma qaydası[redaktə | mənbəni redaktə et]
Kremin hazırlanması üçün kərə yağı, qatılaşdırılmış süd və kakao mikserdə yaxşıca çalınır. Qlazurun hazırlanması üçün bütün ərzaqlar qarışdırılır. Xəmirin hazırlanması üçün yumurtalar şəkər tozu ilə çalınır. Üzərinə qatılaşdırılmış süd, xamada söndürülmüş çay sodası tökülür, çalınır. Un, kakao əlavə edilir və qarışdırılır. Formanın içinə kağız sərilir və yağlanır. Xəmir ora tökülür və 180 dərəcədə 25-30 dəqiqə bişirilir. Biskvit soyuyandan sonra səliqə ilə 3 hissəyə bölünür. Aralarına bol krem çəkilir, ən sonra üzərinə qlazur süzülür. Tortu özünü bir qədər tutmaq üçün soyuducuya qoyulur.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- Günün təamı - Praqa tortu
- RETRO RESEPT: “PRAQA” TORTU Arxivləşdirilib 2018-01-04 at the Wayback Machine
- https://azadqadin.az/metbeximiz/35137-praqa-tortu.html