Sovet mətbəxi

Siyənəkli şuba salatı — sovet vətəndaşlarının bayram masasının ənənəvi yeməyi

Sovet mətbəxi (rus. Советская кухня) — Sovet İttifaqının ümumi mətbəxi, ölkədə yaşayan xalqların milli mətbəxlərinin yeməklərindən ibarətdir. Müxtəlif xalqların SSRİ-yə ənənəvi yaşayış məntəqəsindən kənarda daxili miqrasiyası nəticəsində yaranıb. Bu, Ümumittifaq tikinti layihələri, Sibirin çətin gedilə bilən torpaqlarının inkişafı, Mərkəzi Asiyanın, Uzaq Şərqin xam torpaqları və onların resursları, xalqların deportasiyası ilə bağlı idi. Mətbəx məhdud miqdarda inqrediyentlər və sadələşdirilmiş yemək reseptləri ilə xarakterizə olunur. Bu mətbəxin yeməkləri yalnız evdar qadınlar deyil, həm də bütün ölkə daxilindəki yeməkxanalarda yayılmışdır. Ev yeməklərinin ayrılmaz tərkib hissəsi xüsusilə böyük şəhərlərdə milli yeməklərlə paralel olaraq istifadə edilirdi. Ümumiyyətlə, Sovet mətbəxi Sovet İttifaqının yemək vərdişləri və SSRİ-nin əksər rayonlarında məhsulların çox məhdud olması ilə seçilir. Əskər yeməklər fransız, rus, avstriya-macar və qafqaz mətbəxinin sadələşdirilmiş yeməkləri olub[1].

"Dadlı və sağlam qidalar haqqında kitab"

Yeni mətbəxin yaranması prosesində, Qida Sənayesi Xalq Komissarı Anastas Mikoyan böyük rol oynamışdır[2]. 1936-cı ildə ABŞ-yə səfər edib, orada iki ay Amerikan qida sənayesində və kütləvi ərzaq sənayesi ilə tanış olmaq üçün təcrübə keçdi. 1930-cu illərdə SSRİ-də süd məhsulları, ət məhsulları, konservləşdirilmiş balıq, ət, tərəvəz və meyvələr, qatılaşdırılmış süd istehsalı ilə yanaşı, qida sənayesinin müasir müəssisələrində quruculuq işləri başlamışdır. 1939-cu ildə "Dadlı və sağlam qidalar haqqında kitab" başlığı ilə təsvir edilmiş yemək kitabının ilk nəşri dərc edilmişdir. Kitabda sağlam qidalanmanın vacibliyi qeyd olunmuş, yeməklər haqqında əsas məlumatlar, mətbəxdə işlərin təşkili və masaya xidmət üçün praktiki məsləhətlər, bütün mövsümlər üçün nümunəvi menyu və çoxsaylı reseptlər qeyd vardır.

Tipik yeməklər

[redaktə | mənbəni redaktə et]
Sırniki
Pirojok
Kvas

Qəlyanaltı və salatlar

[redaktə | mənbəni redaktə et]

Birinci yeməklər

[redaktə | mənbəni redaktə et]

İkinci yeməklər

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Long, Katherine. "Everyone Loves Lenin". Roads & Kingdoms. 2016-10-13 tarixində arxivləşdirilib.
  2. "Глущенко И. В., «Общепит. Микоян и советская кухня». – 2010". 2018-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.