Zaxoda kurorta hücum

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zaxoda kurorta hücum
Ümumi məlumatlar
37°16′40″ şm. e. 42°46′59″ ş. u.
Ölü sayı

Zaxoda kurorta hücum — 20 iyul 2022-ci ildə İraqda, Kürdüstan regionun Zaxo rayonundakı Barax turizm kurortuna hücum. Hücum zamanı kurort ərazisinə dörd və ya beş artilleriya zərbəsi endirilmişdir. Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.[2][3] İraq hökuməti iddia etmişdir ki, hücumun arxasında Türkiyə dayanıb.[4] Türkiyə hökuməti bunu inkar edərək hücuma görə PKK-nı günahlandırmışdır.[5] Hücum nəticəsində ikisi uşaq daxil olmaqla ən azı doqquz mülki şəxs həlak olub[6][7] və ən azı 23 nəfər yaralanıb. Zərərçəkənlərin hamısı iraqlı ərəb turistlərdir.[8]

Nəticə

İraq hökuməti və Birləşmiş Millətlər Təşkilatı həm hücumu qınamış, həm də baş verənlərlə bağlı tədqiqat aparılmasına göstəriş vermişdir.[9][10]

Həm Kürdüstan regionu, həm də İraq federal rəsmiləri, o cümlədən İraqın Baş naziri Mustafa Əl-Kazımı hücuma görə Türkiyə Silahlı Qüvvələrini günahlandırmışdır.[9][11] Nazirlər Kabineti xarici işlər nazirinə Türkiyənin İraqdakı səfirini çağırmağı və Türkiyədəki iraqlı həmkarından məsləhətləşmələr üçün Bağdada gəlməsini tələb etməyi tapşırmışdır.[12] Türkiyə hücuma görə məsuliyyəti inkar etmiş və bunun əvəzinə terror qruplarının məsuliyyət daşıdığını irəli sürmüş, insidentlə bağlı birgə araşdırma açmağı təklif etmişdir.[10][13]

Kərbəla ilə yanaşı Nəcəfdə də etirazlar nəticəsində viza verən Türkiyə konsulluqları bağlanmışdır. Bundan başqa, Türkiyənin Bağdaddakı səfirliyi mühasirəyə alınmışdır.[14]

İstinadlar

  1. https://www.ina.iq/161198--8-23-.html.
  2. "Turkey rejects responsibility for attack on Iraq's Dohuk that killed eight". Reuters (ingilis). 2022-07-21. 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
  3. "Kuzey Irak'ta saldırı: Türkiye PKK'yı işaret etti, Bağdat Ankara'yı suçladı". Euronews (türk). 2022-07-21. 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
  4. "Turkey Strikes Iraq Resort, Killing at Least 8, Officials Say". New York Times. 20 July 2022. 22 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2022.
  5. "Zaho saldırısı: Irak ulusal yas ilan etti, Çavuşoğlu 'Sivillere yönelik saldırımız olmamıştır' dedi". 2022-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-22.
  6. AFP. "Five Iraqis killed in shelling officials blame on Turkey". www.timesofisrael.com (ingilis). 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-20.
  7. "Eight killed in northern Iraq in shelling blamed on Turkey". France 24 (ingilis). 2022-07-20. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-20.
  8. "Zakho mayor: All the victims of the bombing were tourists from central and southern Iraq". 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-22.
  9. 1 2 "Turkish strikes in north Iraq kill 8 tourists, wound over 20". AP NEWS (ingilis). 2022-07-20. 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-20.
  10. 1 2 Sultan, Ali; Omar, And Kawa. "Turkey rejects responsibility for attack on Iraq's Dohuk that killed eight". Reuters (ingilis). 2022-07-20. 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-20.
  11. Louisa Loveluck; Mustafa Salim. "Turkish strike kills at least 8 Iraqi tourists in northern resort". The Washington Post. Washington, D.C. 2022-07-20. ISSN 0190-8286. OCLC 1330888409. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-20.
  12. (ingilis). (#cite_web_url)
  13. "No: 231, 20 Temmuz 2022, Irak'ın Dohuk Vilayeti'nde Gerçekleştirilen Saldırı Hk. / T.C. Dışişleri Bakanlığı". www.mfa.gov.tr. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-20.
  14. "Protestors besiege Turkish embassy in Baghdad". Protestors besiege Turkish embassy in Baghdad. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.