Zaxoda kurorta hücum

Zaxoda kurorta hücum — 20 iyul 2022-ci ildə İraqda, Kürdüstan regionun Zaxo rayonundakı Barax turizm kurortuna hücum. Hücum zamanı kurort ərazisinə dörd və ya beş artilleriya zərbəsi endirilmişdir. Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.[1][2] İraq hökuməti iddia etmişdir ki, hücumun arxasında Türkiyə dayanıb.[3] Türkiyə hökuməti bunu inkar edərək hücuma görə PKK-nı günahlandırmışdır.[4] Hücum nəticəsində ikisi uşaq daxil olmaqla ən azı doqquz mülki şəxs həlak olub[5][6] və ən azı 23 nəfər yaralanıb. Zərərçəkənlərin hamısı iraqlı ərəb turistlərdir.[7]

Nəticə[redaktə | mənbəni redaktə et]

İraq hökuməti və Birləşmiş Millətlər Təşkilatı həm hücumu qınamış, həm də baş verənlərlə bağlı tədqiqat aparılmasına göstəriş vermişdir.[8][9]

Həm Kürdüstan regionu, həm də İraq federal rəsmiləri, o cümlədən İraqın Baş naziri Mustafa Əl-Kazımı hücuma görə Türkiyə Silahlı Qüvvələrini günahlandırmışdır.[8][10] Nazirlər Kabineti xarici işlər nazirinə Türkiyənin İraqdakı səfirini çağırmağı və Türkiyədəki iraqlı həmkarından məsləhətləşmələr üçün Bağdada gəlməsini tələb etməyi tapşırmışdır.[11] Türkiyə hücuma görə məsuliyyəti inkar etmiş və bunun əvəzinə terror qruplarının məsuliyyət daşıdığını irəli sürmüş, insidentlə bağlı birgə araşdırma açmağı təklif etmişdir.[9][12]

Kərbəla ilə yanaşı Nəcəfdə də etirazlar nəticəsində viza verən Türkiyə konsulluqları bağlanmışdır. Bundan başqa, Türkiyənin Bağdaddakı səfirliyi mühasirəyə alınmışdır.[13]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Turkey rejects responsibility for attack on Iraq's Dohuk that killed eight". Reuters (ingilis). 2022-07-21. 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
  2. "Kuzey Irak'ta saldırı: Türkiye PKK'yı işaret etti, Bağdat Ankara'yı suçladı". Euronews (türk). 2022-07-21. 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
  3. "Turkey Strikes Iraq Resort, Killing at Least 8, Officials Say". New York Times. 20 July 2022. 22 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2022.
  4. "Zaho saldırısı: Irak ulusal yas ilan etti, Çavuşoğlu 'Sivillere yönelik saldırımız olmamıştır' dedi". 2022-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-22.
  5. AFP. "Five Iraqis killed in shelling officials blame on Turkey". www.timesofisrael.com (ingilis). 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-20.
  6. "Eight killed in northern Iraq in shelling blamed on Turkey". France 24 (ingilis). 2022-07-20. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-20.
  7. "Zakho mayor: All the victims of the bombing were tourists from central and southern Iraq". 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-22.
  8. 1 2 "Turkish strikes in north Iraq kill 8 tourists, wound over 20". AP NEWS (ingilis). 2022-07-20. 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-20.
  9. 1 2 Sultan, Ali; Omar, And Kawa. "Turkey rejects responsibility for attack on Iraq's Dohuk that killed eight". Reuters (ingilis). 2022-07-20. 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-20.
  10. Louisa Loveluck; Mustafa Salim. "Turkish strike kills at least 8 Iraqi tourists in northern resort". The Washington Post. Washington, D.C. 2022-07-20. ISSN 0190-8286. OCLC 1330888409. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-20.
  11. (ingilis). (#cite_web_url)
  12. "No: 231, 20 Temmuz 2022, Irak'ın Dohuk Vilayeti'nde Gerçekleştirilen Saldırı Hk. / T.C. Dışişleri Bakanlığı". www.mfa.gov.tr. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-20.
  13. "Protestors besiege Turkish embassy in Baghdad". Protestors besiege Turkish embassy in Baghdad. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.