"Azərbaycan Demokratik Cümhuriyyəti — 100 il" ordeni — Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporasının Azərbaycan Demokratik Cunhuriyyətinin 100 illik yubileyi münasibətilə təsis etdiyi yüksək təltifdir.[2]
"Azərbaycan Demokratik Cümhuriyyəti - 100 il" ordeni | |
---|---|
ukr. орден "Азербайджанська Демократична Республіка - 100 рокiв"[1] | |
|
|
Ölkə | Ukrayna |
Tip | Orden |
Kimə verilir | Ukrayna və Azərbaycan vətəndaşlarına, həmçinin digər xarici vətəndaşlara |
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 10 mart 2018 |
İlk təltif |
|
Son təltif |
|
Təltif sayı | 100 nəfər |
18 mart 2018-ci il tarixində, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporası İdarə Heyətinin qərarı ilə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi haqqında Sərəncamına, Ukrayna "Dövlət təltifləri haqqında" və Ukrayna "İctimai birliklər" haqqında qanunlarına, həmçinin Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporası İctimai Birliyinin Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə və Azərbaycan Respublikası, Ukrayna, Azərbaycan diasporası qarşısında xidmətlərinə görə fərqlənmiş şəxlərin təltif edilməsi üçün təsis olunmuşdur.
12 may 2018-ci il tarixdə ordenlə ilk dəfə Azərbaycan Respublikasının Ukraynadakı keçmiş Səlahiyyətli və Fövqaladə Səfiri Oqtay Əfəndiyev təltif edilmişdir. Ordenin sonuncu 100 saylı nümunəsi isə 14 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Sədri Fuad Muradova təqdim edilmişdir.
"Azərbaycan Demokratik Cümhuriyyəti — 100 il" ordeni, Ukrayna Azərbaycanlılrının Birləşmiş Diasporası İctimai Təşkilatının Nizamnaməsinə və "Azərbaycan Demokratik Cümhuriyyəti — 100 il" ordeninin Statutunun tələblərinə uyğun olaraq Ukrayna Azərbaycanlılrının Birləşmiş Diasporası İdarə Heyətinin qərarı ilə təltif edilir.
Ordeni UABD Sədri, Sədr müavini və ya UADB-nın səlahiyyətli təmsilçiləri laureata təqdim edirlər.
"Azərbaycan Demokratik Cümhuriyyəti — 100 il" ordeni Ukrayna və Azərbaycan Respublikası vətəndaşlarına, həmçinin xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslrə aşağıdakı hallarda verilir:
"Azərbaycan Demokratik Cümhuriyyəti — 100 il" ordeni əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda verilir:
"Azərbaycan Demokratik Cümhuriyyəti — 100 il" ordeni əlvan metaldan tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 37 mm və şüaları olan səkkizguşəli ulduzdan və 27 mm x 43 mm ölçülü düzbucaqlı lövhədən ibarətdir.
Ordenin ön tərəfində səkkizguşəli ulduzun üzərinə Azərbaycan Respublikasının Dövlət bayrağının üç rəngini təsvir edən üç incə dairə yerləşdirilmişdir. Səkkizgüşəli ulduzun kənarları incə mavi rənli cizgi ilə rənglənmişdir. Səkkizguşəli ulduzun simmetrik ortasında yerləşən dairələrin üzərində yuxarıdan aşağı "AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASI" sözləri yazılmışdır. Mavi dairənin aşağısında qızılı palıd yarpaqğı və buğda sünbülü üzərində "100 il" sözləri yazılmışdır. Yaşıl dairənin tam ortasında alov dilləri təsvir edilmişdir.
Orden 27 mm x 43 mm ölçülü düzbucaqlı lövhəyə qızıl suyuna çəkilmiş əlvan metaldan ibarət iki halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə Ukrayna Dövlət bayrağının rənglərinə uyğun mavi və sarı rəngli şaquli zolaqlar təsvir edilmiş xara lentdən üz çəkilir
Səkkizgüşəli ulduzun arxa tərfi qızılsuyuna çəkilmişdir. Ulduzun ortasında soldan sağa başlamaqla dairəvi şəkildə "ÜMUMUKRAYNA İCTİMAİ BİRLİYİ" səzləri, ortada isə "UKRAYNA AZƏRBAYCANLILARININ BİRLƏŞMİŞ DİASPORASI" səzləri yazılmışdır. Ulduzun aşağı hissəsində isə ordenin sıra nömrəsi qeyd edilmişdir.
"Azərbaycan Demokratik Cümhuriyyəti — 100 il" ordeni il 2018-ci ilin may ayından etibarən aşağıdakı şəxslər təltif edilmişlər:
Sıra | Təltif edilən | Tarix | Fəaliyyəti | Vətəndaşlığı |
---|---|---|---|---|
001 | Oqtay Əfəndiyev | 12.05.2018 | Azərbaycan Respublikasının Ukraynadakı keçmiş Səlahiyyətli və Fövqaladə Səfiri | Azərbaycan |
005 | Murad Cəfərov | 12.05.2018 | Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporasının Sədr müavini | Ukrayna |
044 | Fərhad Turanlı | 12.05.2018 | Ukrayna ictimai və elm xadimi, Tarix elmləri doktoru, Professor. | Ukrayna |
083 | Daşqın Gülməmmədov | 12.05.2018 | Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri | Gürcüstan |
098 | Nicat Dağlar | 12.05.2018 | Azərbaycan publisisti və jurnalisti | Azərbaycan |
099 | Eldar İsmayıl[4] | 29.11.2018 | Azərbaycan Dədə Qorqud Milli Fondunun Sədri | Azərbaycan |
100 | Fuad Muradov[5] | 14.04.2018 | Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Sədri | Azərbaycan |